Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Vasif Talıbovdan baş redaktor təyinatı
Vasif Talıbovdan baş redaktor təyinatı
17 Aprel 2017 / 10:38 / Baxış sayı: 316
Font1 Font2 Font3 Font4

“Şərq qapısı” qəzetinin baş redaktoru dəyişdirilib.

“Report”un xəbərinə görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncamla Mehriban Paşa qızı Sultanova “Şərq qapısı” qəzetinin baş redaktoru vəzifəsinə təyin edilib.

M.Sultanova bundan öncə Naxçıvan Dövlət Universitetininin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.

Xatırladaq ki, “Şərq qapısı” qəzetinin baş redaktoru Tural Qabil oğlu Səfərov idi.

Qeyd edək ki, “Şərq qapısı” qəzetinin təsisçiləri Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetidir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə