Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

100 manatlıq it əti satmağa icazə var – Şok açıqlama
100 manatlıq it əti satmağa icazə var – Şok açıqlama
17 Aprel 2017 / 12:18 / Baxış sayı: 2148
Font1 Font2 Font3 Font4

“Ölkədə “leş mafiya”sı var və 20 ilə yaxındır bu mafiya ilə mübarizə aparırıq”.

Bu sözləri “Yeni Müsavat”a müsahibəsində “Azad İstehlakçılar Birliyi”nin (AİB) sədri Eyyub Hüseynov bildirib.

“İstehlakçı hüquqlarının qorunmasına dair qanun zəifdir. Qanun deyir ki, istehlakçını 100 manata qədər aldatmaq olar. Yəni, it ətini quzu əti adı altında alıcıya sat, bunun üçün məsuliyyət yoxdur.

101 manat oldusa, məsuliyyət var. 10 ton murdar əti 3-5 kiloqram olmaq şərti ilə sata bilərsən. Qanunla bu yaramaz əmələ görə satıcının məsuliyyəti yoxdur. Cərimə də elədir ki, onu asanlıqla ödəyə bilirlər”.

O deyib ki, ətlərə xüsusi dadlandırıcılar vurulur, belə ətləri emal edib piştaxtaya çıxarırlar:

“Sadə alıcı həmin ətin ümumi görünüşünü mal ətindən ayıra bilməz. Kolbasa və digər ət məhsullarının tərkibində isə ümumiyyətlə, hiss etməzlər, çünki o qədər dadlandırıcı, ədviyyat vurulur ki…”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə