Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Diri-diri basdırılan uşağın MÖCÜZƏVİ QURTULUŞU
Diri-diri basdırılan uşağın MÖCÜZƏVİ QURTULUŞU
17 Aprel 2017 / 12:37 / Baxış sayı: 750
Font1 Font2 Font3 Font4

Moderator.az xəbər verir ki, Çində ailəsi tərəfindən diri-diri basdırılan körpə 8 gün ərzində torpağın altında möcüzəvi bir şəkildə həyatda qalıb.

Körpənin kiçik karton qutu içində torpağın altında 8 gün ac, hətta susuz yaşaya bilməsi möcüzə olub. Uşağın susuzluqdan ölməməsinin səbəbi isə torpağın altına keçən az miqdarda yağış suları olub.

Meşə sahəsində ot toplamağa çıxan bir qadın uşağın ağlamasını eşidib. Sonra qaça-qaça bir Buddist məbədinə gedib bir keşişlə uşağın olduğu yerə gəlir. Qadına ağlama səslərinin bir lənət olmadığını deyən keşiş polis çağırıb. Daha sonra polislərin köməyi ilə körpə uşaq torpağın altından çıxarılır.

Dodağı yarıq bir şəkildə dünyaya gəldiyi üçün ailəsinin tərk edildiyi güman edilən uşağın sağlamlıq vəziyyəti bu an üçün yaxşı olduğu bildirilib. Hadisə ilə bağlı araşdırma nəticəsində körpənin bir neçə qohumu və ata – anası həbs olunsa da, dəlil olmadığı üçün sərbəst buraxılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə