Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

17 erməni əsgərini məhv edən şəhidin ad günüdür – FOTO
17 erməni əsgərini məhv edən şəhidin ad günüdür – FOTO
17 Aprel 2017 / 12:47 / Baxış sayı: 354
Font1 Font2 Font3 Font4

Bu gün aprel döyüşlərində şəhid olan hərbi qulluqçu Adil Adilzadənin doğum günüdür. 

arxiv.bizimxeber.az azvision.az-a istinadla xəbər verir ki, Adil Kamran oğlu Adilzadə 1993-cü ildə aprel ayının 17-də Mingəçevir şəhərində doğulub.

Mingəçevir şəhər 20 saylı orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Evin tək övladı olan qəhrəman cəbhənin ön xəttində N saylı hərbi hissədə xidmət keçib. Hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq xidmətini davam etdirib. N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçu vəzifəsində xidmət edib.

A.Adilzadə 2016-cı ilin aprel döyüşlərində iştirak edib. Məlumatlara görə, o, döyüşlərdə 17 erməni öldürərək qolundan yaralanıb. Buna baxmayaraq döyüşə davam edən Adil bir neçə saatdan sonra düşmən snayperinin gülləsinə tuş gəlib. Adil aldığı güllə yarasından şəhidlik zirvəsinə ucalıb.

Şəhid aprelin 11-də doğulduğu Mingəçevir şəhərində son mənzilə yola salınıb.

Adil Adilzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Qaynar.Az

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə