Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Bu, tarixi nailiyyətdir”
“Bu, tarixi nailiyyətdir”
17 Aprel 2017 / 13:09 / Baxış sayı: 208
Font1 Font2 Font3 Font4

“Biz bu gün inamla deyə bilərik ki, Azərbaycan öz iqtisadi potensialını şaxələndirə bilib. Hazırda qeyri-neft sektorumuz iqtisadiyyatımızın təxminən 65 faizini təmin edir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində bildirib.

“İxracatda isə biz bunu hələ ki, deyə bilmərik. İxracımızın böyük hissəsi hələ ki, neft və qazla bağlıdır. Bu da yəqin ki, indiki dövr üçün təbiidir. Çünki biz neft-qaz potensialımızı artırırıq. Ancaq qarşıda duran vəzifələrdən biri də odur ki, biz ixracda da şaxələndirməyə nail olaq. Necə ki, buna ümumi daxili məhsulda nail olmuşuq, ixracda da buna nail olmalıyıq”, – deyə dövlətimizin başçısı qeyd edib.

Prezident İlham Əliyev regional inkişaf proqramlarının icrasının öz gözəl nəticələrini verdiyini, minlərlə yeni müəssisənin yaradıldığını vurğulayıb. Dövlət başçısı bir milyon 700 min yeni iş yerinin açıldığını, onların bir milyon 300 mininin daimi iş yeri olduğunu bildirib.

Bu il fermerlərə təxminən 150 min hektar yeni suvarılan torpağın təhvil veriləcəyini diqqətə çatdıran Prezident İlham Əliyev deyib: “Bir il ərzində bu qədər suvarılan torpağı əldə etməyimiz tarixi nailiyyətdir”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə