Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bərdə sakininin evindən silah- sursat götürüldü – FOTO
Bərdə sakininin evindən silah- sursat götürüldü – FOTO
17 Aprel 2017 / 13:13 / Baxış sayı: 234
Font1 Font2 Font3 Font4

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bərdə rayonu Qaradağlı kəndində yaşayan Babək Nərimanovun evində odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, Baş İdarə əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində B. Nərimanov saxlanılıb.

 

Onun yaşadığı evin zirzəmisinə baxış zamanı oradan “AK-47” markalı avtomat silah, 17 ədəd qumbara, 790 ədəd müxtəlif çaplı patron, 6 ədəd alışdırıcı və  5 ədəd patron darağı aşkar edilərək götürülüb.

 

Saxlanılan şəxs ifadəsində silah-sursatı bir neçə il bundan əvvəl tapdığını və evində gizlətdiyini etiraf edib.

 

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə