Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Ordakı cümlələr mənim yox, müstəntinqin sözləridir” – MTN İşi
“Ordakı cümlələr mənim yox, müstəntinqin sözləridir” – MTN İşi
17 Aprel 2017 / 14:09 / Baxış sayı: 212
Font1 Font2 Font3 Font4

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.

 

Proses haqqında jurnalistlərə A.Çovdarovun vəkili Sadiq Rəsulov məlumat verib.

 

Məhkəmədə briliant alveri məşğul olmuş Elçin Hacıyevin epizodu üzrə dinləmələr keçirilib.

 

Xatırladaq ki, Elçin Hacıyev və iki dostu Türkiyədən 14 karatlıq briliant qaş gətiriblər. Bunu Bakıda satmaq istəyərkən onlar MTN əməkdaşları tərəfindən həbs edilib. Onların briliantı əllərindən alınıb, həmçinin, azad olunamaqları üçün 80 min dollar pul alınıb.

 

Həmin epizod üzrə zərərçəkmiş hesab edilən Tofiq Rəcəbov ifadə verib.

 

 

O ifadəsində qeyd edib ki, hadisə günü saat 13 radələrində Nizami küçəsində MTN əməkdaşları tərəfindəm saxlanılıb: “Həsən adlı şəxsə  Elçinlə bir yerdə briliantı göstərirdik. Mülki geyimlilər yaxınlaşıb bizi MTN apardılar. Axşam saatlarında bizi buraxdılar. Amma bilmədim ki, Elçindən pul alıblar, ya yox. Bu barədə məlumatım olmayıb. Sadəcə, gecə Elçinlə çay içəndə dedi ki, məndən 80 min pul alıblar. Amma onun pul verdiyinə inanmıram. Daha sonda Elçinlə münasibətim pozulub. Son dövrə qədər onunla danışmıram. Həmçinin, onu deyim ki, ölkəyə briliantı Elçin özü gətirmişdi. Orada Arda adlı türk olmayıb. Həmin işdə də mən vasitəçi olmuşam”.

 

Zərərçəkənin istintaq verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət olduğu məlum olub.

 

Buna münasibət bildirən zərərçəkmiş şəxs qeyd edib ki, istintaqa ifadə verən zaman oxumadan qol çəkib: “Ordakı cümlələr mənim yox, müstəntinqin sözləridir. MTN-də heç kim bizimlə pis davranmayıb. Hətta mən özüm onlarla kobud danışırdım. Burda həbs olunan heç kimi tanımıram. Heç bir şikayətim, tələbim yoxdur”.

 

Proses nahardan sonra davam edəcək.

 

Qeyd edək ki, təqsirləndirilənk şəxslər – Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

 

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə