Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda diri-diri yanan şəxslə bağlı şok məlumat
Bakıda diri-diri yanan şəxslə bağlı şok məlumat
17 Aprel 2017 / 14:43 / Baxış sayı: 4032
Font1 Font2 Font3 Font4
Bir neçə gün əvvəl Zığ yolunda baş verən faciəli qəzada yanaraq ölən şəxslərdən  Gülağa Quliyevin MTN generalı Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş şəxs olduğu ortaya çıxıb.
Lent.az-ın məlumatına görə, Gülağa Quliyev “Real MTK”  epizodu üzrə İlham Qasımovun şəriki olmuş Namiq Orucovun sürücüsü olub.
O, istintaqda zərərçəkmiş şəxs qismində tanınıb. İstintaqla müəyyən edilib ki, İlham Qasımovun bacısı oğlu toyu zamanı qara maskalılar tərəfindən qaçırılarkən Gülağa Quliyev də saxlanılaraq MTN-ə aparılıb.
Gülağa Quliyev ötən həftə Çovdarovun işi üzrə məhkəmədə ifadə verib. O, ifadəsində heç bir şikayətinin, tələbinin olmadığını deyib: “2015-ci ildə İlham Qasımovun bacısı oğlunun toyuna Namiq Orucovla birgə getmişik. Orada söz-söhbət düşdü və saxlanıldıq. Daha sonra isə günahsız yerə tutulduğum məlum oldu. Nəticədə isə sərbəst qaldım”.
Həmçinin, Gülağa Quliyev məhkəmədə restorana maskalı şəxslərin daxil olmadığını da deyib.
Qeyd edək ki, aprelin 12-də Zığ yolundan hava limanına gedən istiqamətdə qəza baş verib. Qəza nəticəsində “VAZ-2104” markalı avtomobildə olan 3 nəfər yanaraq ölüb.
Yanğın nəticəsində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü, 1973-cü il təvəllüdlü Gülağa Quliyev və sərnişinlər – 1973-cü il təvəllüdlü Elçin Sadıqov və onun qardaşı, 1968-ci il təvəllüdlü Namiq Sadıqov Səbbar oğlunun yanmış meyitləri xilasedicilər tərəfindən çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə