Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Silah ticarəti ölkəyə böyük valyuta gətirir”
“Silah ticarəti ölkəyə böyük valyuta gətirir”
17 Aprel 2017 / 14:55 / Baxış sayı: 414
Font1 Font2 Font3 Font4

“Azərbaycan bir çox ölkələrdə ticarət evləri yaradacaq. Yaxın vaxtlarda ilk ticarət evi Belarusda açılacaq. Xarici ölkələrdə Azərbaycan məhsullarına böyük maraq var. Prioritet ixrac bazarlarındakı böyük satış şəbəkələri ilə işgüzar əməkdaşlıq qurulmalı, onlar Azərbaycana dəvət edilməli, imkanlarımızla tanış olmalı, qabaqcıl müəssisələri görməlidirlər”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində bildirib.

Prezident qeyd edib ki, yeni bazarlara çıxış əldə etmək üçün xarici bazarlar geniş təhlil edilməli, ənənəvi bazarlarda mövqelər möhkəmləndirilməlidir: “Bunun üçün isə loqistika mərkəzlərinin yaradılması xüsusi əhəmiyyətə malikdir. Neft və qazla yanaşı qızıl, gümüş yataqlarımız mövcuddur. Daşkəsən dəmir filizinin yatağının işlənməsi gündəmdə duran əsas məsələlərdəndir”.

Yeni ixrac istiqamətləri arasında hərbi texnikanın ixracını vurğulayan dövlət başçısı deyib ki, silah ticarəti artıq ölkəyə böyük valyuta gətirir.

Prezident qeyd edib ki, xarici mediada reklam kampaniyalarına başlamaq zəruridir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə