Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yanan binaya görə tutulanlar yenidən məhkəmə önündə
Yanan binaya görə tutulanlar yenidən məhkəmə önündə
17 Aprel 2017 / 15:55 / Baxış sayı: 382
Font1 Font2 Font3 Font4

2015-ci il mayın 19-da Azadlıq prospektindəki binada 15 nəfərin ölümü ilə nəticələnən yanğına görə təqsirləndirilən şəxslər barələrindəki hökmdən narazıdırlar.

arxiv.bizimxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, 2017-ci il yanvarın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə həmin binada üzləmə işlərini həyata keçirən “Global Construction” şirkətinin təsisçisi Miryusif Mahmudov 8 il, direktoru Uğur Bəşirov 5 il, müavin Ələkbər Əsgərov 4 il, Binəqədi rayon icra başçısının müavini Qəzənfər Novruzov 4 il, icra hakimiyyətinin şöbə müdiri Ədalət Rəcəbov 4 il, “JEK” müdiri Nizami Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Digər təqsirləndirilənlər – “Dərnəgül Boru” Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Akif Əlibəyova isə şərti cəza verilib.

Adıçəkilən şəxslər hökmdən apellyasiya şikayəti veriblər və ilkin baxış iclası təyin edilib. Proses Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun sədrliyi ilə aprelin 19-da davam etdiriləcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə