Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlham Əliyev turizmin inkişafından danışdı
İlham Əliyev turizmin inkişafından danışdı
17 Aprel 2017 / 17:03 / Baxış sayı: 244
Font1 Font2 Font3 Font4
Prezident İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində Azərbaycanda turizmin inkişafından da danışıb.
arxiv.bizimxeber.az xəbər verir ki, dövlətimizin başçısı keçən il turistlərin sayının 11 faiz, bu ilin 3 ayında isə 25 faiz artdığını bildirib. “Bunu indi gözlə görmək olar”, – deyən dövlətimizin başçısı qeyd edib ki, həm Bakıda, həm müxtəlif bölgələrdə turistlərin sayı kəskin artır.
Bunun əlbəttə ki, səbəbləri var. Bu, elə öz-özünə yaranan məsələ deyil.
Son illər ərzində görülmüş işlər bu vəziyyətə gətirib çıxarıb. İlk növbədə, Azərbaycanda hökm sürən sabitlik, əmin-amanlıq, ictimai-siyasi asayiş əlbəttə ki, Azərbaycanı turistlər üçün çox cəlbedici ölkəyə çevirir.
Xüsusilə indiki şəraitdə ki, dünyanın müxtəlif yerlərində gərginlik var, təhlükələr, qarşıdurmalar, sosial narazılıq artır, kütləvi etirazlar geniş vüsət alıb. Bunların heç biri Azərbaycanda yoxdur.
Azərbaycanda xalq-iqtidar birliyi var. Bizim siyasətimiz xalq tərəfindən dəstəklənir, bəyənilir. Azərbaycanda hökm sürən sabitliyin əsas amili də bundan ibarətdir.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə