Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezidentin tikintisini dayandırdığı şirkət Samir Şərifovun imiş – Nazir nəzarətdə
Prezidentin tikintisini dayandırdığı şirkət Samir Şərifovun imiş – Nazir nəzarətdə
17 Aprel 2017 / 17:42 / Baxış sayı: 2500
Font1 Font2 Font3 Font4

Xəbər verdiyimiz kimi, iki gün əvvəl  prezident İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisində yaşayış binasının tikintisi dayandırılıb.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb həmin ərazidə tikinti aparan şirkət tərəfindən ərazidəki 54 ağacın qanunsuz olaraq kəsilməsi və yaşıllığın tamamilə məhv edilməsidir. Nəticədə yaşıllığı məhv edən şirkət 130 min manat məbləğində cərimələnib.

Prezidentin sərt reaksiyasından sonra “Böyük plaza” adlanan  yaşayış və ticarət mərkəzinin tikintisinin aparılmasına qadağa qoyulub.

Maraqlıdır ki, yayılan xəbərlərdə tikinti şirkətinin qaydaları pozduğu bildirilsə də, ancaq ictimaiyyətə hansı tikinti şirkətindən söhbət getdiyi məlum deyildi. Layihənin də adından göründüyü kimi, bu, sıradan bir tikinti şirkətinin həyata keçirəcəyi proyekt deyil. Xüsusilə, mətbuatın yazdığına əsasən, həmin plaza deputatlar üçün inşa edilirmiş.  Bu faktlara söykənərək layihəni kifayət qədər maliyyə tutumlu layihə hesab etmək olar.

“Qafqazinfo” məsələ ilə bağlı kiçik bir araşdırma aparıb. Məlum olub ki, tikintini həyata keçirəcək şirkət  “A-3 Sənaye Tikinti Korporasiyası”MMC-dir. Bu MMC  haqqında internetdə heç bir informasiyaya rast gəlinməsə də, onun arxasında böyük bir oliqarx məmur dayanır.  Əldə etdiyimiz məlumata görə, sözügedən MMC  Maliyyə naziri Samir Şərifovun birbaşa şəxsi şirkətidir.

Sənədlərdə şirkətin direktoru Dilşad İsmayılova göstərilsə də, bütün fəaliyyəti nazirə məxsusdur.  Bu məqamda  maraqlı bir məsələ ortaya çıxır ki, şirkətin arxasında S.Şərifov dayanmasına baxmayaraq bu, onun şirkətinin cəzalandırılmasına mane ola bilməyib. Belə ki, dövlət başçısının sərt mövqeyi  ən yüksək oliqarx məmurun da şirkətinə təsir edib.

Bu arada qeyd edək ki, S.Şərifovun fəaliyyəti ilə bağlı ilginc informasiyalar əldə etmişik. Məlumatlara görə, nazirin fəaliyyəti Beynəlxalq Bank və “Azər-Türk Bank” olayından sonra heç də ürəkaçan deyil və nəzarət altına götürülüb.  Məlum olduğu kimi, Beynəlxalq Bank olayında  Azərbaycan dövləti maliyyə xəyanəti ilə üzləşmişdi. Nəticədə Cahangir Hacıyev vəzifəsindən azad olunmuşdu və bir müddətdən sonra da  həbs edilmişdi.  Ondan sonra Samir Şərifov fürsət taparaq öz kadrı olan Elmar Məmmədovu bankın rəhbərliyinə gətirsə də, o,  Cahangir Hacıyevdən daha betər üsullara əl ataraq “qara bazar”ın yaranmasına və dolların  süni  bahalaşmasına səbəb olmuşdu.  Nəticədə E. Məmmədov da bank sistemindən qovuldu.

Bu cür maliyyə maxinasiyalarının arxasında Samir Şərifovun olduğu üzə çıxdı. Və  beləliklə,  bu hadisələr nazirin özünün fəaliyyətinin nəzarətə götürülməsi ilə nəticələnib.  Beynəlxalq Bank olayından sonra Maliyyə Nazirliyində xüsusi qurumlar tərəfindən yoxlamalar həyata keçirilib və böyük məbləğlərdə pozuntular aşkarlanıb . Məlumatlar aktlaşdırılaraq ölkə rəhbərliyinə məruzə edilib. Məhz bundan sonra S. Şərifovun böyük bir ehtimalla Ziya Məmmədovun taleyini yaşayacağı, yəni zaman-zaman məhvə gedəcəyi  gözlənilir.

Sonda onu da xatırladaq ki, Azərbaycanda yüksək strateji postlar həvalə olunmuş məmurların  xəyanəti,  ölkənin imicinə xələl gətirən və kütləvi pozuntularla müşayiət olunan və maliyyə riskləri yaradan fəaliyyətlər bağışlanılmır. Bu cür məmurlar zaman- zaman sərt şəkildə cəzalandırılır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə