Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ATƏT-dən Türkiyədəki referendumla bağlı – Mənfi rəy
ATƏT-dən Türkiyədəki referendumla bağlı – Mənfi rəy
17 Aprel 2017 / 17:47 / Baxış sayı: 420
Font1 Font2 Font3 Font4
“Türkiyədə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendum Avropa Şurası standartlarına uyğun olmayıb”.
APA-nın məlumatına görə, bu barədə ATƏT-nın Türkiyədəki referendumla bağlı müşahidə missiyasının rəhbəri Sezar Florin Predanın yaydığı bəyanatda deyilir.
Müşahidəçilərin qənaətinə əsasən referendum ərəfəsində aparılan təşviqat kampaniyası zamanı media resurslarında tərəflərə bərabər imkanlar yaradılmayıb. Bildirilir ki, referendumun texniki aspektləri yaxşı təşkil edilsə də, islahatların əsas aspektləri, fundamental azadlıqların məhdudlaşdırılması  və mümkün mənfi effektlərə dair ictimaiyyətə tərəfsiz məlumatlar verilməyib: “Referendum günü bəzi regionlar istisna olmaqla, böyük problemlər yaşanmayıb. Bununla belə, seçki məntəqələrində vətəndaş cəmiyyəti nümayəndələrin olmaması üzücüdür. Ümumilikdə referendum Avropa Şurası standartlarına uyğun keçirilməyib. Hüquqi çərçivə əsl demokratik prosesin həyata keçirilməsi üçün qeyri-kafi idi”.
Müşahidə missiyası hesab edir ki, referendum ərəfəsində ölkədəki durum, ilk növbədə qüvvədə olan fövqəladə vəziyyət mediada siyasi partiyaların mövqeyinin bitərəf işıqlandırılmasına yol açmayıb və hakim partiyaya üstünlük verilib.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə