Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda çoxmərtəbəli binada YANĞIN – 10 nəfər təxliyə edilib – VİDEO
Bakıda çoxmərtəbəli binada YANĞIN – 10 nəfər təxliyə edilib – VİDEO
17 Aprel 2017 / 17:58 / Baxış sayı: 770
Font1 Font2 Font3 Font4

Bu gün Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 m2 sahədə, 1 ədəd paltaryuyan maşın, soyuducunun üzlüyü  qismən və 1 ədəd qapı yanıb.
arxiv.bizimxeber.az-ın FNH-in saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

———-

16:54

Paytaxtda, Həsən bəy Zərdabi prospekti, 86, mənzil 75-də yanğın baş verib.

 arxiv.bizimxeber.az istipress-ə istinadən xəbər verir ki, hadisə baş verən zaman evdə heç kim olmayıb. Yanğın mənzilin mətbəxində baş verib. 18 kvadrat metr ərazidə olan yanğında bütün əşyalar tamamilə yanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə idarəsinin briqadası cəlb olunub. Yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb. Hadisənin baş verməsinə ilkin səbəb kimi qısaqapanma göstərilir.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə