Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

DİN-in mətbuat xidmətinə yeni şöbə rəisi TƏYİN EDİLDİ
DİN-in mətbuat xidmətinə yeni şöbə rəisi TƏYİN EDİLDİ
17 Aprel 2017 / 19:28 / Baxış sayı: 530
Font1 Font2 Font3 Font4

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətində yeni təyinat olub. Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən DİN-in mətbuat xidmətinin informasiya bölməsinin rəisi polis polkovnik-leytenantı İlham Babayev tutduğu vəzifədən azad edilərək mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib. 

Xatırladaq ki, İ. Babayevə qədər bu vəzifədə polis polkovnik-leytenantı Orxan Mansurzadə çalışıb. DİN-in mətbuat xidmətinin rəhbəri olmuş Sadiq Gözəlov bir müddət əvvəl təqaüdə göndərilib.

Onun yerinə mətbuat xidmətinin rəis müavini olmuş, polis polkovniki Ehsan Zahidov, mətbuat xidmətinin rəis müavini vəzifəsinə isə O. Mansurzadə təyin edilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə