Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

NAZ istehsalı dayandırıb
NAZ istehsalı dayandırıb
18 Aprel 2017 / 9:18 / Baxış sayı: 552
Font1 Font2 Font3 Font4

Azərbaycanda yeganə minik avtomobilləri istehsalçısı Naxçıvan Avtomobil Zavodu (NAZ) istehsalı dayandırıb.

“Marja” xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin hesabatından məlum olur.

Hesabata görə, 2017-ci ilin yanvar-mart aylarında Azərbaycanda minik avtomobilləri istehsal olunmayıb. Səbəb, anbardakı avtomobillərin satılmaması ola bilər. Belə ki, 01.04.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 119 ədəd minik avtomobili təşkil edib.

2017-ci ilin yanvar-mart aylarında 67 ədəd traktor, 770 ədəd xüsusi təyinatlı kommunal maşınlar istehsal edilmişdir. Birinci rübdə ölkəmizdə yük avtomobilləri də istehsal olunmmışdır. Traktor, kommunal maşınlar Gəncə Avtomobil Zavodunda istehsal olunur.

Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu “NAZ-Lifan” markalı minik avtomobilləri istehsal edir.

Əlavə edək ki, Azərbaycanda avtomobil satışları kəskin azaldığından idxal da minimuma düşüb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə