Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda polis əməkdaşı bıçaqlanıb
Bakıda polis əməkdaşı bıçaqlanıb
18 Aprel 2017 / 10:17 / Baxış sayı: 216
Font1 Font2 Font3 Font4

Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. “Report” xəbər verir ki, bıçaqlanan şəxs Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin əməkdaşı, 1988-ci il təvəllüdlü kiçik çavuş Orucov Eldar İmamverdi oğludur.

Hadisə polis əməkdaşları Post Patrul Xidməti maşını ilə əraziyə baxış keçirən zaman baş verib. Polislər qəsəbədə şübhəli “Lada Qranta” markalı avtomobil görərək ona yaxınlaşıblar. İnsident maşında oturan 4 nəfərdən sənədlərini təqdim etmələri tələb olunduğu zaman baş verib. Naməlum şəxslərdən biri arxa qapıdan düşərək E.Orucovun bud nahiyəsinə bıçaq zərbəsi endirib. Maşında olanlardan yalnız birini tutmaq mümkün olub. Hazırda digər üç nəfərin axtarışı davam etdirilir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə