Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Müsavatda müzakirələr olub
Müsavatda müzakirələr olub
30 Aprel 2013 / 10:02 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Dünən Müsavat Partiyası Divanının toplantısı keçirilib. Partiyadan arxiv.bizimxeber.az-a verilən məlumata görə, toplantıda ötən həftəyə dair verilən qərarların icrası, görülən işlər, partiyadaxili məsələlər, eləcə də ictimai – siyasi duruma dair müzakirələr aparılıb.

Görülən işlərə dair bölümdə Müsavat başqanı İsa Qəmbər Türkiyə səfəri barədə məlumat verib. İsa Qəmbər Azərbaycan Kültür Dərnəyinin dəvətilə Ankarada qondarma erməni soyqırımına həsr olunan “Yüz ilin yalanı” adlı konfransa qatıldığı, Türkiyədən önəmli kəsimlərin nümayəndələri ilə görüşdüyü barədə danışıb.

İsa Qəmbər daha sonra Fridrix Nauman Fondunun dəvətilə İstanbulda təşkil olunan konfransa qatıldığını, Cənubi Qafqaz regionunun bu günü və sabahı mövzusunda mühüm müzakirələr aparılan bu tədbirdə dünyanın müxtəlif ölkələrini, həmçinin Avropa Parlamentini, ATƏT-i, NATO-nu təmsil edən siyasətçilər, diplomatlar və analitiklərlə görüşdüyünü bildirdi.

Divan İsa Qəmbərin Türkiyə səfərini müsbət qiymətləndirib.

Partiyadaxili məsələlərin müzakirəsində Müsavat başqanı İsa Qəmbərin İsmayıllı hadisələrinin təşkilində günahlandırılaraq həbs olunan müavini Tofiq Yaqubluya qarşı qaldırılan cinayət işinin ağırlaşdırıldığı qeyd olunub. Divanda bildirilib ki, indiyədək hər hansı ciddi istintaq hərəkətinin aparılmaması T.Yaqublunun siyasi sifarişlə həbs olunduğunu bir daha təsdiq edir. Divan  T.Yaqublunun cinayət işinin ağırlaşdırılmasına etirazını bildirib, ümumilikdə İsmayıllı hadisələrinə görə  günahsız tutulan şəxslərin azadlığa buraxılmasını tələb edib.

Divan Azadlıq Radiosunun əməkdaşları Yafəz Əkrəmoğluna və Xədicə İsmayılovaya qarşı aparılan çirkin piar kampaniyası  pisləyib, hər iki jurnalistə qarşı şantaj faktlarını hakimiyyətin  müstəqil və tənqidi jurnalistikaya, media və söz azadlığının əksinə yönəlik  repressiya kimi qiymətləndirib.

Divan aprelin 29-da Cəbrayıl rayonundan olan məcburi köçkünlərin Biləsuvarda keçirdiyi aksiyanı da müzakirə edib. Bildirilib ki, aksiya zamanı Müsavat Partiyasının üzvləri Vahid Əhmədli və  Yaqub Ağayev polis tərəfindən saxlanılıb. Aksiya iştirakçıları icra başçısı Mahmud Quliyevin istefasını  və məmur özbaşınalığına son qoyulmasını tələb ediblər.

Divan aksiya iştirakçıların qarşı zorakılığa və həbslərə etirazını bildirib. Aksiyaya görə saxlanılanların azadlığa buraxılmasını və məmur özbaşınalığına son qoyulmasını tələb edib. İctimai –  siyasi durumun müzakirəsi bölümündə Milli Şuranın yaradılması istiqamətində atılan addımlara dair məlumat verilib və fikir mübadiləsi aparılıb. Sonda cari məsələlərə baxılıb.

Tural

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə