Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ATƏT sədri Azərbaycana səfər edəcək
ATƏT sədri Azərbaycana səfər edəcək
18 Aprel 2017 / 11:06 / Baxış sayı: 216
Font1 Font2 Font3 Font4

“ATƏT Parlament Assambleyasının sədri Kristina Muttonen Azərbaycana rəsmi səfərə dəvət edilib və o, dəvəti məmnuniyyətlə qəbul edib”.

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ATƏT PA-nın sədr müavini, deputat Azay Quliyev deyib.

O əlavə edib ki, yaxın zamanlarda dəvəti bir daha rəsmi formada qarşı tərəfə çatdıracaqlar: “Aprelin 23-24-də Kopenhagendə ATƏT PA-nın Büro iclası keçiriləcək. Mən bu məsələni bir daha xanım Muttonenə çatdıracam və konkret tarixi də müzakirə edəcəm. Doğrudur, ATƏT PA-nın bütün sədrləri Azərbaycana səfər edib. Ümid edirəm ki, Kristina Muttonen də yaxın aylarda Azərbaycana səfər edəcək”.

A.Quliyev xatırladıb ki, ötən ay Milli Məclis sədri Oqtay Əsədov Sankt-Peterburqda K.Muttonenlə görüşüb və əlaqələrin yaxşılaşdırılması məsələsini müzakirə edib.

ATƏT PA-nın sədr müavini bildirib ki, Sankt-Peterburqdakı görüşdə müzakirə olunan məsələlər hər iki tərəfləri maraqlara cavab verir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə