Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bəzi banklar dolların məzənnəsini dəyişdi
Bəzi banklar dolların məzənnəsini dəyişdi
18 Aprel 2017 / 11:29 / Baxış sayı: 598
Font1 Font2 Font3 Font4

Bu gün səhər saatlarında bir sıra Azərbaycan kommersiya bankları dolların alış və satış məzənnəsinə dəyişiklik ediblər.

Fins.az xəbər verir ki, hazırda dolların ən sərfəli alış qiyməti 1,6700 manata, ən sərfəli satış qiyməti 1,6850 manata bərabərdir.

Dəyişikliklərə gəldikdə, məsələn, “Bank of Baku” dünən axşam saatları ilə müqayisədə ABŞ valyutasının alış qiymətini bahalaşdırıb, satışı ucuzlaşdırıb: alışı – 1,6450 manatdan 1,6500 manatadək, satışı 1,7100 manatdan 1,7050 manatadək.

“Amrahbank” isə həm alışı, həm də satışı bahalaşdırıb: alışı – 1,6600 manatdan 1,6650 manatadək, satışı – 1,6800 manatdan 1,6900 manatadək.

“Bank Avrasiya” isə yalnız satış qiymətini ucuzlaşdırıb: 1,7100 manatdan 1,7000 manatadək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə