Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mahmudov malikanəsindən köçdü, mühafizəsini gücləndirdi – Nə baş verir?
Mahmudov malikanəsindən köçdü, mühafizəsini gücləndirdi – Nə baş verir?
18 Aprel 2017 / 11:39 / Baxış sayı: 2068
Font1 Font2 Font3 Font4

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəhbəri Eldar Mahmudov şəxsi mühafizəsini gücləndirib. BakiPost.az-ın əldə etdiyi məlumata görə, sabiq nazir Nardarandakı imarətindən köçərək, Badamdardakı malikanəsinə yerləşib. MTN şefinin köç etdikdən mühafizəçilərinin sayını artırdığı qeyd olunur. Keçmiş nazir hətta vəzifədən getdikdən sonra işdən çıxardığı cangüdənlərini də işə qaytarıb.

Mühafizəçilərə imarətdən çox da uzağa getməmələri tapşırılıb. Onlar E.Mahmudovun villasında qalır, ərazidən ayrılmamaq məqsədilə idmanla məşğul olmaq üçün belə evin yaxınlığındakı “The Crescent Beach” və “Badamdar” oteldəki idman zallarına gedirlər.

MTN şefinin Nardarandan Badamdara köçməsinin səbəbləri açıqlanmasa da, onun qeyri-rəsmi ev dustağı olduğu bildirilir. Ölkədən çıxışı yasaqlanan sabiq nazirin Azərbaycan ərazisində də sərbəst hərəkəti məhdudlaşdırılıb. Lakin bir müddət əvvəl E.Mahmudovun Bakı küçələrindən birində öz maşınında göründüyü ilə bağlı məlumat yayılmışdı.

 

Eldar Mahmudovun Nardarandan köçməsinin və şəxsi mühafizəsini gücləndirməsinin səbəbləri ilə bağlı geniş araşdırmanı təqdim edəcəyik.

Qeyd edək ki, E.Mahmudov 2004-cü ildə Milli Təhlükəsizlik Nazirliyinə rəhbər təyin olunub. 2015-ci il oktyabrın 17-də isə vəzifəsindən kənarlaşdırılıb. Daha sonra isə MTN ləğv edilib, nazirliyin vəzifəli şəxsləri işdən çıxarılıb, bir çoxu isə müxtəlif cinayətlərdə ittiham olunaraq həbs olunub. MTN-in yerində Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə