Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycana diz üstə yalvaran erməni general
Azərbaycana diz üstə yalvaran erməni general
18 Aprel 2017 / 12:23 / Baxış sayı: 818
Font1 Font2 Font3 Font4

Aprel döyüşlərinin yeni təfərrüatları ortaya çıxıb

“Aprel döyüşləri günlərində Xaçaturov özünü çox pis apardı. Onda onun imzası ilə Moskvada imzalanan barışıq Ermənistanın ziyanına olub”.

İstiPress-in məlumatına görə, bu barədə Ermənistanın “1in.am”  portalına müsahibəsində Erməni Milli və Strateji Araşdırmalar Mərkəzinin direktoru Manvel Sarkisyan general Yuri Xaçaturovun KTMT baş katibi seçilməsini şərh edərkən  bildirib.

Sarkisyan Yuri Xaçaturovun KTMT baş katibi vəzifəsində özünü necə aparacağına da şübhə ilə yanaşıb: “O, indi özünü necə aparacaq, bilmirəm, istənilən halda, onun açıqlamalarından belə görünür ki, Rusiyanın xeyrinə işləyəcək”.

Manvel Sarkisyanın belə danışmasının səbəbi var. Sosial şəbəkələrdə gəzən söhbətlərə görə, o vaxt Yuri Xaçaturov aprel döyüşlərinin dayandırılması üçün Moskvada Rusiya rəhbərliyinə və Azərbaycan generallarına yalvarırmış. Buna görə də o, heç bir şərt irəli sürmədən atəşkəsə razı imiş. Yuri Xaçaturovun yalvarışları o qədər biabırçı imiş ki, erməni rəsmiləri hələ də bu barədə susmağa üstünlük verirlər.

Yuri Xaçaturov və Serj Sarkisyan

Yuri Xaçaturov və Serj Sarkisyan

Erməni şərhçi Akop Badalyan bu günlərdə “Lragir”də yazdığı məqaləsində də bu məsələyə toxunub: “Bir neçə ay sonra Serj Sarkisyan saziş və görüş barədə qəribə bəyanat verdi. O dedi ki, “onların orda nədən danışdığını…” bilmir.  Əgər ali baş komandan  müharibənin ən qızğın vaxtında baş qərargah rəisinin hansı anlaşmalara getdiyini bilmirsə, kim bu barədə bilər”.

Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi vəzifəsinə işləyən Yuri Xaçaturovun Rusiyaya, dolayısı ilə Azərbaycana yalvarmasının səbəbləri vardı. Erməni şərhçilər aprel döyüşlərinin bütün uğursuzluqlarını onun boynuna yıxırlar. Akop Badalyan elə həmin məqalədə yazır ki, 2016-cı il aprelin 2-də Xaçaturova Azərbaycan ordusunun güclü əks hücuma keçdiyini məruzə edəndə, o, vecinə almayıb və bilyard oynamaqda davam edib, deyib ki, azərbaycanlılar adi təxribatdan başqa şeç nəyə qadir deyillər.

Buna görə, Yuri Xaçaturov istənilən yolla döyüşü dayandırmalı idi. Təbii ki, Rusiya onun boynuna böyük minnət qoyub və buyruq quluna çevirib. Bunun nəticəsi hadisələrin sonrakı inkişafında özünü göstərdi – Ermənistan ordusunun komandanlığı KTMT rəhbərliyinə tabe edildi. Yəni hər şey 1922-ci ildə SSRİ-nin yaranmasından sonra gedən proseslərə oxşadı. Onda da müttəfiq respublikaların milli birləşmələri vardı və onlar Moskvaya tabe edildi və bu, 1937-ci ilə kimi davam etdi. Daha sonra milli diviziyalar da ləğv edildi.

Rusiyanın müdaxilə edib Azərbaycan ordusunun əks hücumunu dayandırmasına baxmayaraq, rəsmi Bakı aprel döyüşlərində istədiyi bütün hədəfələrə nail oldu. Birincisi, Ermənistan ordusunun döyüş qabiliyyəti barədə son 25 ildə yaradılmış mif dağıdıldı. Həmçinin, Qarabağ məsələsini vasitəçi kimi öz nəzarətlərinə  götürmüş beynəlxalq güclərə mesaj verildi ki, Azərbaycan öz torpaqlarını hərbi yolla da azad edə bilər. Ən əsası isə, cənubda və şimalda gələcək hücum üçün vacib olan iki strateji yüksəklik Azərbaycan ordusunun nəzarətinə keçdi.

2 aprel 2016-cı ildə Azərbaycan ordusunun Ermənistan işğalından azad etdiyi ərazilər
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə