Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şagirdi döyən müəllim hamının üzünə durdu – “DÖYMƏMİŞƏM” – VİDEO
Şagirdi döyən müəllim hamının üzünə durdu – “DÖYMƏMİŞƏM” – VİDEO
18 Aprel 2017 / 12:37 / Baxış sayı: 396
Font1 Font2 Font3 Font4

Tovuzun Qalaboynu kəndində müəllimin şagirdi döyməsi telefonla çəkilib. arxiv.bizimxeber.az Xezerxeber.az-a istinadən xəbər verir ki, yayılan videoda  müəllim şagirdi küncə sıxışdıraraq döyür, uşağın yalvarmasına belə məhəl qoymur. Daha sonra başqa bir şagirdi döyür.

Şagirdlərə qarşı zorakılıq edən hərbi hazırlıq müəllimi Mövsüm Sadıqov telekanala açıqlamasında görüntülərin montaj olduğunu iddia edir. Mövsüm Sadıqov bildirib ki, o, şagirdlərə zor tətbiq etməyib: “Döymək söhbəti yoxdur, şagirdləri başa salırıq, tərbiyələndiririrk. Onlara oxumağı aşılayırıq, Şagirdləri gənc əsgər kimi yetişdirməyə çalışırq”.

Məsələ ilə bağlı Tovuz Rayon Təhsil Şöbəsinin rəhbəri Validə Hüseynova bildirib ki, hazırda məsələnin araşdırılması üçün komissiya yaradılıb:“Məktəb direktoru dindirilib. O da məktəbdə belə bir hadisənin olmadığını deyir. Videogörüntüdəki şagirdlərin, müəllimin izahatı alınacaq və yekun nəticə Təhsil Nazirliyinə təqdim ediləcək”.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə