Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ATV-də kütləvi ixtisarlar başlayır – Kanal Mustafa adlı türkün nəzarətinə verilib
ATV-də kütləvi ixtisarlar başlayır – Kanal Mustafa adlı türkün nəzarətinə verilib
18 Aprel 2017 / 14:12 / Baxış sayı: 8488
Font1 Font2 Font3 Font4

İqtisadi böhran teleradioların da fəaliyyətinə təsirsiz ötüşməyib. Bəzi telekanal və radiolarda ixtisarlar aparılır, əksər verilişlərin yayımı dayandırılır. Bütün bunların fonunda daha çətin durumda olan kanal isə “Azad Azərbaycan” (ATV) dır. arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, ATV-də mart ayının əmək haqqları hələ verilməyib. Üstəlik rəhbərliyin qoyduğu yeni qaydalar telekanal işçilərini ATV-ni tərk etmək məcburiyyətində qoyub.

ATV-də ciddi prosesslərin baş verdiyini deyən kanalındakı səlahiyyətli şəxslərindən biri arxiv.bizimxeber.az-a bildirib ki, kanal bir neçə aydır direktor Vuqar Qaradağlının nəzarətindən çıxıb.

Məlumata görə, kanala yuxarı rəhbərlikdən Mustafa adlı bir türk mütəxəssis göndərilib. Yaxın aylarda ATV-nin direktoru olacağı deyilən Mustafa kanalın gələcək fəaliyyətini qurmaq üçün ilk növbədə ixtisarlara üstünlük verib.

arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, ATV-də efir rejissorlarının, redaktorların, operatorların sayının kütləvi azaldılması prosessi başlayıb. Əsasən xəbərlər departamentinin fəaliyyətindən narazılıq edən türk mütəxəssis bu departalementdə ciddi ixtisarlara başlayıb. Xəbərlər departamentindəki jurnalistlərin, rejissorların sayı minimuma endirilir.

ATV-nin direktoru Vüqar Qaradağlının Mustafaya heç bir təsir imkanlarının olmadığını deyən mənbə bildirir ki, telekanal demək olar ki, türk mütəxəsissin nəzarəti altındadır.

Daha bir maraqlı məqam isə kanalın bu günə kimi vergidən yayınmasıdır. Telekanalda çalışan işçilərin əksəriyyəti ilə heç bir müqavilə bağlanmayıb və vergi sistemi tənzimlənməyib. Bu problemin aradan qaldırılması üçün yeni yollar tapılıb ki bu barədə yaxın günlərdə məlumat verəcəyik.

Bir sölə yaxın aylarda ATV-də yeni direktor dəyişikliyi gözlənilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə