Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hüseyn Abdullayevdən klip – VİDEO
Hüseyn Abdullayevdən klip – VİDEO
30 Aprel 2013 / 10:36 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Sabiq millət vəkili, “Oğuz Eli” İctimai Birliyinin rəhbəri Hüseyn Abdullayevin müəllifi olduğu bir əsər bu günlərdə sosial şəbəkələrdə yayımlanıb. “Bu da keçər” adlı yeni mahnıya klip də çəkilib. Bu əsərdə bir neçə ciddi yenilik diqqət çəkir. Bunlardan biri odur ki, mahnı İstanbul Simfonik Orkestrinin müşayiəti ilə səsləndirilib. Əsəri “Şeron” qrupu ifa edir.

Son illər H.Abdullayevin müəllifi olduğu mahnılar əsasən “Şeron” tərəfindən ifa olunur. Burada bir məqamı vurğulayaq ki, İstanbul Simfonik Orkestri ilə indiyədək Azərbaycanda heç bir əsər səsləndirilməyib. Bu orkestr müasir dünyada ən öndə gedən musiqi kollektivlərindəndir.

Həmçinin “Bu da keçər” əsəri son günlər sosial şəbəkələrdə kifayət qədər çox paylaşılıb.

Əldə etdiyimiz başqa bir məlumata görə isə klipin çəkilişləri müasir kino sənayesində öz yüksək keyfiyyəti ilə seçilən Almaniya istehsalı olan “Aleks” markalı kameralarla aparılıb. Oxucularda sözügedən kameralar haqda təsəvvür yaratmaq üçün tək bir nümunəni qeyd etməyi lazım bilirik: “Aleks” kameraları ilə hazırda Hollivud filmləri çəkilir. Xatırladaq ki, dünyada ən bahalı və ən keyfiyyətli filmlər Hollivudda istehsal olunur. Bir məqamı da vurğulayaq ki, “Bu da keçər” mahnısına çəkilən klip də son illərin ən bahalı kliplərindəndir.

Maraqlıdır ki, facebook sosial şəbəkəsində mahnını paylaşanlar arasında Azərbaycan vətəndaşları ilə yanaşı Türkiyə vətəndaşları da var. Elə buradaca qeyd edək ki, Hüseyn Abdullayevin yaradıcılığına Türkiyədə çox böyük maraq və diqqət var.

Hüseyn Abdullayev son illər bir çox hitlərin müəllifi olub. Ötən 15 ildə H.Abdullayev Azərbaycan musiqisinə özünəməxsus rənglər qata bilib. Onun bəstələdiyi, az qala ikinci himn statusu qazanan “Qurban olum Azərbaycan” əsəri üstündən 10 ildən çox vaxt keçməsinə baxmayaraq hələ də dillər əzbəridir. Bütün rəsmi tədbirlərdə bu mahnı səsləndirilir.
Son illər H.Abdullayevin bəstələdiyi “Tarixin sınağı”, “Vətən həsrəti”, “Həyat davam edir” mahnıları vətənpərvər ruhda yazılan ən yaxşı əsərlərdən hesab olunur. Bu mahnıların cəlbediciliyi sözlərin və musiqinin ahəng təşkil etməsindədir. Ən əsası isə sözügedən mahnıların sözləri ölkəmizin bu günkü durumu ilə üst-üstə düşür. Dinləyici bu mahnılarda heç bir bayağılıq hiss etmir. Müəllif öz ölkəsinin gerçəkliyini uğurla mahnıda əks etdirməyi bacarıb…

H.Abdullayevin sevgi mahnıları da hitə çevrilib. “Səninəm”, “Sənə görə”, “Mümkün deyil” mahnıları da çox dinlənən əsərlərdəndir. Təkcə “Sənə görə” mahnısı internetdə 1 milyon dəfə açılaraq son illər Azərbaycanda mahnı janrındakı bütün əsərlərin rekordlarını dəfələrlə üstələyib. İnternet statistikası H.Abdullayevin digər mahnılarına 3 milyon dəfədən artıq dinləndiyini göstərir.
Bir məsələni də vurğulayaq ki, Hüseyn Abdullayevin həbsindən sonra Azərbaycanda onun mahnılarına efir qadağası tətbiq edilib. Bu qadağa bu gün də müəyyən mənada qüvvədədir. H.Abdullayevin “Bu da keçər” əsərinə youtube internet resursunda 1 milyona yaxın baxış (850 min) olub.
Maraqlıdır ki, H.Abdullayevin əsərlərinin belə müvəffəqiyyət qazanmasını, onlara internet resurslarında rekord həddə baxılması müəyyən dairələrdə qıcıq yaradıb. İnternetdəki şərhlərdə bəzi istifadəçilər anonim adlarla baxış sayının rekord qırmasını şübhə altına almağa çalışırlar.

Hər halda bu mahnının uğuru təkcə onun müəllifinə şöhrət gətirmir; bu, Azərbaycanın, millətimizin uğurudur. Bir Azərbaycan türkü olan bəstəkarın ortaya uğurlu proyekt qoyması, ölkəsi adına ciddi əsər yaratması qısqanclıq yox, qürur yaratmalıdır. Bu əsərə şübhəylə yox, sevgiylə və sayğıyla yanaşılsa daha yaxşı olar… (musavat.com)



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə