Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sarkisyanın azərbaycanlı milyarderin obyektində gizli sövdələşməsi
Sarkisyanın azərbaycanlı milyarderin obyektində gizli sövdələşməsi
18 Aprel 2017 / 14:43 / Baxış sayı: 426
Font1 Font2 Font3 Font4
Ermənistan prezidenti Serj Sarkisyan dünən Moskvada Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyanın 60 illik yubileyinə qatılıb.
arxiv.bizimxeber.az İstipress-ə istinadən xəbər verir ki, Ermənistanda dərc olunan “Qraparak” qəzetinin yazdığına görə, yubiley Azərbaycan əsilli milyarder Telman İsmayılova məxsus “Safisa” restoranında baş tutub. Şənliyə Dağlıq Qarabağdakı işğal rejiminin rəhbəri Bako Saakyan da qatılıb.
Mindən çox qonağın iştirak etdiyi tədbirə Rusiya xarici işlər naziri Sergey Lavrov, Vladimir Putinin mətbuat xidmətinin başçısı Dmitri Peskov, həmçinin LDPR lideri Vladimir Jirinovski iştirak ediblər. Məhz bu məsələ erməni KİV-lərinin diqqətini çəkib. Çünki Ermənistanda Ara Abramyanı Putinin yaxın adamı sayırlar və Serj Sarkisyanla onun hər hansı bir görüşündən sonra Ermənistanda kardinal dəyişiklər baş verir.
Erməni şərhçi Akop Badalyan “Lragir”də yazdığı məqalədə Ermənistanın Avrasiya İttifaqına daxil edilməsində, yəni müstəqilliyini itirməsində əsas rolu Ara Abramyanın oynadığını bildirib: “Serj Sarkisyan yüksək çinli Rusiya məmurları ilə son detalları Ara Abramyanın Xorvatiyadakı bağ evində muzakirə edir”.
Yəni, Ermənistan müstəqilliyini itirmək yolunda yeni bir dəyişiklik ərəfəsindədir. Yaxın aylarda bunun detalları tam bilinəcək.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə