Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

SDU-da SOCAR Polymer MMC-nin yay təcrübəsi proqramının təqdimatı keçirildi
SDU-da SOCAR Polymer MMC-nin yay təcrübəsi proqramının təqdimatı keçirildi
18 Aprel 2017 / 14:50 / Baxış sayı: 530
Font1 Font2 Font3 Font4

Aprelin 18-də Sumqayıt Dövlət Universitetində SOCAR Polymer MMC-nin nümayəndələri tələbələrlə görüş keçirərək, 2017- ci il Yay təcrübəsi proqramının təqdimatını etdilər.

Görüşdə universitetin Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov qonaqları salamladı, ali məktəbin inkişaf mərhələlərindən bəhs edərək, müasir dövrdə milli təhsilin Avropa təhsilinə inteqrasiyası, dünya standartlarına uyğunluğu, savadlı insan kapitalının hazırlanması istiqamətində ali məktəbin əlaqəli müəssisələrlə birgə fəaliyyətinin vacibliyini qeyd etdi.

Bildirdi ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə təsdiq edilmiş ölkənin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında yeni iş yerlərinin yaradılması ilə işsizliyin səviyyəsinin daha da azaldılmasına xüsusi önəm verilir. Bu gün nəinki paytaxt Bakıda habelə, bütün bölgələrimizdə böyük canlanma gedir. Professor Ramazan Məmmədov ixtisaslı kadrların hazırlanması məqsədi ilə SDU-nun bir çox müəssisələrlə səmərəli tədris əlaqələrinə malik olduğunu diqqətə çatdırdı.

Tələbələrin tədris zamanı əldə etdikləri nəzəri biliklərin zənginləşdirilməsi məqsədilə onlar ölkəmizin bir sıra idarə və istehsalat müəssisələrinə, həmçinin “Azərikimya”İB-nın təşəbbüsü ilə Türkiyənin “Petkim” Petrokimya Holdinqə istehsalat təcrübəsinə göndərilir. Bu əlaqələr tələbələrə təcrübə qazanmaq imkanı verməklə yanaşı, onlar arasında gələcəkdə həmin müəssisədə çalışmaq arzusunda olanlara verilən növbəti dəstəkdir. Prorektor onu da qeyd etdi ki, son dövrlər universitetimizdə bir sıra həmçinin Sumqayıt Kimya Sənaye müəssisələrinin rəhbərləri tələbə və məzunlarla görüşlər keçirir, onlara ixtisaslarına uyğun iş yerləri əldə etməkdə yardımçı olurlar.

Sonra SOCAR Polymer MMC-nin nümayəndələri Aylar Mustafayeva, Nərgiz Səlimova, Mətin Hüseynli təmsil etdikləri müəssisə haqqında məlumat verərək bildirdilər ki, gənclərin təhsil səviyyəsi ilbəil artır.Son illər Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) işlə təmin olunmaq üçün gənclər daha çox müraciət edirlər.

Dövlətimizin gənclər siyasətinə uyğun olaraq, “Azərikimya” İstehsalat Birliyində də gənc mütəxəssislərin hazırlanması, yerləşdirilməsi, karyera yüksəlişi məsələləri daim diqqət mərkəzində saxlanılır. Gənclər bu gün kimya sənayesinin ən vacib və məsul sahələrində əhəmiyyətli dərəcədə təmsil olunurlar.

Kadr resurslarının gəncləşdirilməsi artıq bir tendensiyaya çevrilmiş və davamlı xarakter daşıyır. SOCAR-ın digər struktur bölmələrində olduğu kimi “Azərikimya” İB-də də gənclərin karyera imkanlarının genişləndirilməsində bilik, bacarıq hər zaman öndə dayanır. Bu gün Sumqayıt Dövlət Universitetinin tələbələrinin SOCAR Polymer MMC-də təcrübə keçərək işlə təmin olunması regionumuzun kadr potensialının inkişafına öz töhfəsini vermiş olacaq.

SOCAR Polymer MMC-nin Təlim və İnkişaf üzrə mütəxəsisi Afaq İsmayılova Yay təcrübə proqramının qəbul qaydaları haqqında təqdimatla çıxış edərək bildirdi ki, layihəyəyə iyun ayında star veriləcək. Təcrübə yerli və xarici mütəxəsis tərəfindən aparılacaq. Uğurla bitirən tələbələr sertifikatla təltif olunacaqlar.

Tədbirin sonunda tələbə və məzunları maraqlandıran suallar nümayəndələr tərəfindən cavablandırıldı, mövzu ətrafında maraqlı fikirlər səsləndirildi.

arxiv.bizimxeber.azSDU_2514 SDU_2486



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə