Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Heydər Əliyev Klintona Qarabağla bağlı nələr dedi? – İlk dəfə yayılan STENOQRAM
Heydər Əliyev Klintona Qarabağla bağlı nələr dedi? – İlk dəfə yayılan STENOQRAM
18 Aprel 2017 / 15:13 / Baxış sayı: 604
Font1 Font2 Font3 Font4

1997-ci ilin 1 avqustunda Azərbaycan Prezidenti Heydər Əliyevlə ABŞ prezidenti Bill Klintonun Ağ Evin Oval kabinetində Dağlıq Qarabağla bağlı apardıqları müzakirə yayılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlara və Lissabon razılıqlarına toxunulub.

Prezident Heydər Əliyev: Sizin yenidən prezident seçilməyiniz böyük müvəffəqiyyətdir. Biz gözləyirik ki, Siz Amerika-Azərbaycan münasibətlərinin dərinləşməsi üçün yeni addımlara təşəbbüs edəcəksiniz və Azərbaycana rastlaşdığı problemlərin həllində kömək edəcəksiniz. Qafqaz regionu ABŞ üçün strateji əhəmiyyətə malikdir. Mən bilirəm ki, siz bu istiqamətdə addımlar atırsınız, lakin bu prosesi sürətləndirmək lazımdır.

Prezident Klinton: Ümid edirəm ki, bu prosesi sürətləndirə biləcəyik. Biz Sizin qeyd etdiyiniz kimi ölkənizdə ağır şəraiti diqqətdə saxlayırıq.

Prezident Heydər Əliyev: Bəli.

Prezident Klinton: Ümid edirəm ki, dəstək davam edəcək və Konqres Azərbaycan barəsində daha açıq olacaq. Çünki Siz demokratiyanın və insan hüquqlarının inkişafında addımlar atırsınız. Əgər biz Dağlıq Qarabağ problemini həll etməyi bacaracağıqsa, düşünürəm ki, bizim ölkələr arasında münasibətlərin daha dərinə getməsinə heç bir məhdudiyyət olmayacaq. Biz ilk dəfə görüşəndə mən bilirdim ki, energetika resursları və coğrafi mövqeyiniz sayəsində Sizin ölkəni yaxşı gələcək gözləyir. Sizin tərəfinizdən qəbul edilmiş qərarlar Azərbaycana regionun digər xalqlarına ciddi təsir göstərəcək.

Prezident Heydər Əliyev: Siz haqlısınız. Biz Azərbaycanda siyasi və ictimai sabitliyi yaratmağı bacardıq. Demokratik inkişaf, bazar iqtisadiyyatı və insan hüquqlarının müdafiəsi prosesi davam edir. Biz artıq bu siyasəti həyata keçiririk və bu, bizim ölkənin strateji yoludur.
Azərbaycan üçün Dağlıq Qarabağ münaqişəsi ən mürəkkəb problemdir. Mən bizim əvvəlki görüşümüzün gedişatında Sizə bir detalı təqdim etdim. Biz istəyirdik ki, ABŞ Minsk qrupunun həmsədri olsun. Biz bunun üçün lap çox səy göstərdik. Azərbaycanı israrı üç həmsədr formatının yaranmasına gətirib çıxardı. Biz Sizə daha çox etibar edirik, nəinki başqasına. Düşünürük ki, ABŞ daha əhəmiyyətli rol oynaya bilər, nəinki başqası. Hətta Azərbaycanda uşaqlar prezident Klintona inanırlar.

Prezident Klinton: Bəlkə, Sizə mənim piarımla məşğul olmaq lazımdır!

Prezident Heydər Əliyev: Mən Sizin xarici siyasət üzrə baxışınızı təbliğ etməkdən çox şad olacağam. Mən bilirəm, Siz çox şey etdiniz. Siz Rusiya ilə yaranmış səs-küyə baxmayaraq, NATO-nu genişləndirdiniz. Bu, əhəmiyyətli qələbədir və Sizin qələbənizdir. Mən Konqresə baş çəkəndə orada səsverməyə hazırlaşırdılar və bu, bizim müzakirələrimizə mane oldu. Bilirəm ki, Siz ilk dəfə təmizlənmiş büdcəni təqdim edirsiniz və Siz hədəfinizə nail oldunuz. Bu, əhəmiyyətli işdir. Və siz 10 milyon yeni iş yeri yaratdınız.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə