Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gülər Əhmədova istintaq sirrini yayıb?
Gülər Əhmədova istintaq sirrini yayıb?
30 Aprel 2013 / 10:52 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Yeni vəkil Əfsər Talıbov danlanıb

Mətbuata verdiyi müsahibəyə görə sabiq millət vəkili Gülər Əhmədova danlanıb.

Teleqaf.com-un məlumatına görə, müstəntiqlər G.Əhmədovanı istintaq sirrini yaymaqda günahlandırıblar. Qeyd olunub ki, müsahibədə istintaqın gedişinə problem yarada biləcək nüanslar var. Eyni zamanda müsahibəyə görə, yeni vəkil Əfsər Talıbova danlaq gəlib. Vəkilə şifahi xəbərdarlıq edilib.

G.Əhmədovanın vəkili Rafiq Məmmədov məlumatı qismən təsdiqləyərək bildirib ki, G.Əhmədovanın məlum müsahibəsinə görə həqiqətən də narazılıq olub.

R.Məmmədov yeni vəkilin müsahibəni mətbuata ötürməklə ehtiyatsızlıq etdiyini bildirdi: “Əslində Gülər Əhmədova daha öncə Teleqraf.com saytının suallarını cavablandırmışdı. Amma mən onu jurnalistə vermədim ki, isitintaqın gedişinə mənfi təsir göstərə bilərəm. İstintaq altında olan şəxsin müsahibəsini mətbuata ötürmək vəkil üçün o qədər də asan məsələ deyil”.

R.Məmmədov keçmiş universitet rektoru Elşad Abdullayevin yaydığı videolarla bağlı Rusiyadan şifahi mütəxəssis rəyi aldıqlarını dedi.

Vəkil əlavə etdi ki, hazırda G.Əhmədovanın hüquqlarını iki vəkil müdafiə edir: “Gülər xanım vəkil Eldar Qədiminin xidmətlərindən imtina edib. O, düşünür ki, iki vəkil kifayətdir”.

arxiv.bizimxeber.az



Gülər Əhmədova istintaq sirrini yayıb? yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə