Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qurban Qurbanovun anası dəfn edildi – FOTO
Qurban Qurbanovun anası dəfn edildi – FOTO
18 Aprel 2017 / 15:50 / Baxış sayı: 1312
Font1 Font2 Font3 Font4
“Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanovun anası dəfn edilib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, Q.Qurbanovun anası Güləbatın xanım ilə Zaqatala rayonunda vida mərasimi keçirilib. Daha sonra rayonun Aşağı tala kəndinin qəbiristanlığında dəfn edilib.
Dəfn mərasimində Zaqatala Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri və mərhumun yaxınları iştirak edib.
Qeyd edək ki, 45 yaşlı mütəxəssisin anası Güləbatın xanım bu gecə dünyasını dəyişib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi ölkə futbol ictimaiyyəti adından AFFA-nın İcraiyyə Komitəsinin üzvü, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova anası Güləbatın xanımın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Eyni məzmunlu başsağlığı mətnini “Qarabağ”ın icarəyə götürdüyü Tofiq Bəhramov adına Respublika stadionu da kollektivi adından yayımlayıb.
Allah rəhmət eləsin!
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə