Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Formula 1” komandasının sahibi -HƏBS EDİLDİ
“Formula 1” komandasının sahibi -HƏBS EDİLDİ
18 Aprel 2017 / 17:01 / Baxış sayı: 610
Font1 Font2 Font3 Font4

Hindli milyarder Vidcay Mallya Hindistan hökümətinin tələbi ilə Londonda həbs edilib. “Bizimxeber” xarici mediaya istinadən bildirir ki, adıçəkilən milyarder “Formula 1” yarışlarında iştirak edən Force India komandasının sahiblərindən biridir. 

Biznesmen 18 aprel səhər saatlarında Skotland-Yard əməkdaşları tərəfindən həbs edilib. Yaxın zamanda Vestminster məhkəməsində işinə baxılacaq biznesmen haqqında son qərarı da elə onlar verəcək. “Bizimxeber” xəbər verir ki, Hindistan hüquq mühafizə orqanlarının nümayəndələri artıq ekstradasiya məsələləri ilə bağlı Böyük Britaniyaya səfərə hazırlaşır.

Milyarderi isə vətənində 1.4 milyard dollar həcmində ödənməmiş kreditə görə məsuliyyətə cəlb edəcəklər.

“Bizimxeber” xəbər verir ki, pullar Mallyeyə məxsus Kingfisher Airlines avikompaniyasına ayrılıb. Sözügedən aviakompaniya 2012-ci ildə müflis elan edilib.

Mallya Londonda 2016-cı ildə Hindistanı tərk etdikdən sonra məskunlaşıb. Biznesmen haqqında olan ittihamları qəbul etmir.

arxiv.bizimxeber.az 

 

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə