Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qızına 400 minlik toy edən məmurun arvadı danışdı – FOTO/VİDEO
Qızına 400 minlik toy edən məmurun arvadı danışdı – FOTO/VİDEO
18 Aprel 2017 / 16:53 / Baxış sayı: 1386
Font1 Font2 Font3 Font4
Bu gün ölkə mətbuatında Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı Ayselin bir neçə ay əvvəl baş tutan toy mərasimi ilə bağlı xəbərlər yayılıb.
arxiv.bizimxeber.az xəbər verir ki, həmin məlumatlar arasında ailənin toya 400 min dollar xərcləndiyi də bildirilirdi.
Yayılan məlumatlarla bağlı goldnews.az-a açıqlama verən Ayselin anası Aynurə Şükürova bildirib ki, əslində mətbuatda yer alan xəbərlər şişirdilib.
“Mən başa düşə bilmirəm ki, bir neçə ay əvvəl baş verən toyun indi mətbuata çıxarılma məqsədi nədir. Yazırlar ki, toya guya 400 min dollar xərcləmişik. Bunlar hamısı yalan məlumatlardır. Bu barədə yayılan xəbərləri təkzib edirik. Düzdür, toy baş tutub. Lakin həmin toya 400 min dollar yox, daha az pul xərclənib”.
Qeyd edək ki, toy mərasimi yanvarın 21-də “Böyük Saray”da baş tutub Qüdrət Şükürovun qızı Oktay adlı şəxslə nikah masasına oturub.
Cütlük bal ayını Maldiv adalarında keçirib.
Onu da bildirək ki, Ayselin bakının mərkəzində “Woman secret” adlı gözəllik salonu var.
Bu, Ayselin ikinci evliliyidir, onun ilk həyat yoldaşı Elşən Əsgərli ad-soyadlı şəxs olub və cütlüyün birgə nikahdan Uğur adlı 1 oğlu var.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə