Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“AMAY Abdulla”nın sevgilisi məhkəmə qarşısında – Şok cinayət işi
“AMAY Abdulla”nın sevgilisi məhkəmə qarşısında – Şok cinayət işi
18 Aprel 2017 / 17:24 / Baxış sayı: 1264
Font1 Font2 Font3 Font4

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Aygün Akimova və İlham Baxışovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Aygün Akimova və İlham Baxışov Cinayət məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda olduqda) və 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinirlər.

İttihama görə, Aygün Akimovanın 6 nəfərə qarşı dələduzluq edib. Onlardan ən çox zərərçəkəni isə Afət Hüseynovadır. İttiham aktında yazılır ki, Aygün Akimova mağaza sahibi olan Afət Hüseynova ilə yaxın münasibət qurduqdan sonra ona qarşı dələduzluq edib. İlham Baxışov isə Aygün Akimova ilə bir neçə epizod üzrə dələduzluq əməllərində iştirak edib.

İstintaq sənədlərinə görə, Afət Hüseynovanın 1 milyon 750 min manat, Sona Əliyevanın 5 min manat, Kamil Abbasovun 2400 manat, Natavan Şahverdiyevanın 35 min manat, Rita Həsənzadənin 28 min 500 dollar, Elçin Axundzadənin isə 39 min manat pulu ələ keçirilib.

Məhkəmədə ifadə verən Aygün Akimova ondan şikayətçi olan Afət Hüseynovanın yalan danışdığını bildirib: “Bunların hamısı ağ yalandır. Mən Afətgilin mağazasına getmişəm. Oradan ilk dəfə 800-900 manatlıq alver elədim. Satıcılar başımıza dolanırdılar. Onlar məni yaxşı müştəri kimi qeyd edib, mobil nömrəmi götürdülər.
Zəng edib yeni mallarının gəldiyini deyirdilər.

Mağazaya gedib-gəldikcə Afətlə münasibətimiz yarandı. Bəzən söhbət edəndə o mənə ailə problemlərindən danışırdı, ərindən şikayətlənirdi. Mən bilirdim ki, mağaza ərinindir. İndi deyir ki, mağaza özünün olub və mənim təzyiqimlə satıb.

Mağazanın satılmasından mənim xəbərim olmayıb. Özləri satıblar, deyəsən, əri buna da pay verib.
Əskinə, mənim ona çox yaxşılıqlarım keçib. Ərindən ayrılandan sonra ona evimdə qalmağı təklifi eləmişəm. Borcları vardı, banklara kredit ödəyirdi. Afətin içki içdiyini, əxlaqsızlıq etdiyini bilirdim.

Ona tapşırdım ki, evimdə qalsın, amma özünü yaxşı aparsın. Mən onun maşınını əlindən almamışam. Banklara olan borclarını ödəmək üçün məndən pul almışdı. Sonra həmin borcu qaytarmaq üçün maşını notariusla mənim adıma keçirdi. Heç onda notariusa mən getməmişdim. Digər zərərçəkmişləri də Afət bir yerə yığıb. İşi planlaşdırıblar. Guya mən bunları MTN adı ilə hədələmişəm”.

Prokurorun suallarını cavablandıran Aygün Akimova heç bir yerdə işləmədiyini və maddi ehtiyaclarını uşaqlarının atasının qarşıladığını bildirib. Aygün Akimova Afət Hüseynovanı növbəti dəfə ittiham edib: “Afət özündən bu işləri düzüb-qoşdu. Ora-bura gic-gic yazmağa başaldı. Alverçi adamdır. Elə alverçilərin axırı da jurnalist olur.

Şikayətlərində deyirlər ki, guya mən özümü MTN polkovniki kimi təqdim eləmişəm, “vorzakon”larla oturub-durmuşam. Bunlar özləri “ölmüş” pulları məndə “diriltmək” istəyirlər”.

Təqsirləndirilən Akimova ondan şikayətçi olan şəxslərdən yalnız birinə – qulluqçusu olmuş Rita Həsənzadəyə borcunun olduğunu deyib.

Digər təqsirləndirilən İlham Baxışov qeyd edib ki, Aygün Akimova ilə yalnız evin sənədləşdirilməsi işini görən zaman tanış olublar: “Aygünü tanıyandan sonra da Elçin Axundzadəni tanıdım. Çıxarış alandan sonra evi banka qoyub 51 min kredit götürəcəkdilər. Mən də tanış adamlar vasitəsi ilə çıxarış işini həll edəcəkdim. Buna görə Elçindən 3500 aldım. Amma iş alınmadı. Pulun 3 minini qaytardım. Ancaq pul Elçinə çatmayıb. Mənim burada başqa məqsədim olmayıb. İstintaq dövründə qardaşım Elçin Axundzadəyə dəymiş ziyanı ödəyib”.

Zərərçəkmiş Elçin Axundzadəm isə bildirib ki, sosial şəbəkə vasitəsi ilə tanıdığı Sabrina Varidaşvili adlı qadına 51 min manat borc verib: “Lakin Sabrina söz verdiyi kimi pulu 2 aya qaytarmadı. Əvəzində söz verdi ki, tanışı Aygün Akimova məni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Masallı rayon şöbəsinin müdiri vəzifsinə düzəldəcək. Onun bu təkliflə razılaşdım. Uzun müddət keçsə də, nə vəzifəyə qoyuldum, nə də pul qaytarıldı”.

Elçin Axundzadə qeyd edib ki, sonra onu krimanal aləmə yaxın olan şəxslər görüşə dəvət edib: “Aygünün oğru aləmi ilə əlaqələri vardı. Mənə deyirdi ki, pul içəri çatıb, “vor” aləmindədir. Hətta mənim üstümə adam da göndərmişdi. Onlarla görüşəndə məndən soruşdular ki, sən Aygündən pul istəyirsən? Mən onlara vəziyyəti izah elədim. “Sağ ol” deyib məni yola saldılar.

Aygün Akimova pulun 10 min manatını Ceyran adlı qadının vasitəsi ilə qaytardı. 41 min manatı isə istintaq dövründə Sabrina Vardiaşvilinin yaxınları tərəfindən ödənildi”.

Elçin Axundzadə Aygün Akimovaya qarşı mülki iddia qaldırdığını deyib. O, qeyd edib ki, Sabrinaya vermək üçün bankdan pulu dollarla götürüb: “Dolların indiki kursu ilə banka borcunm var. Mənə dəymiş zərərin ödənilməsini istəyirəm”.

Sabrina Vardinaşvilini “İstisu” istirahət mərkəzinə belə apardığını etiraf edən Elçin Axundzadə deyib ki, adı çəkilən xanımla heç bir yaxın münasibəti olmayıb: “Mən Sabrinaya qarşılıqsız çox yaxşılıq eləmişəm. O da mənə dedi ki, təmənnasız olaraq məni vəzifəyə düzəldəcək. Vəzifədə qohumlarının olduğunu deyirdi. Məni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Masallı rayon şöbəsinin müdiri vəzifəsinə düzəldəcəkdilər. Hətta Masallının icra başçısının qəbuluna salacaqdılar, amma məni aldatdılar”.

Elçin Axundzadə bildirib ki, Aygün Akimova həyat yoldaşı deyəndə Abdulla müəllimi nəzərdə tutur.
Əldə etdiyimiz məlumata görə, bu iş üzrə “AMAY Abdulla” istintaqda şahid kimi ifadə verib. O, Aygün Akimova ilə evli olmadığını, ancaq Aygünün uşaqlarının doğum şəhadətnaməsində ata adı kimi onun adının yazıldığını deyib.

Məlumat üçün bildirək ki, zərərçəkmiş “Abdulla müəllim” dediyi iş adamı, bir müddət əvvəl həbsdən çıxan “AMAY”ın sahibi Abdulla Abdullayevi nəzərdə tutur.

Digər zərərçəkmiş Afət Hüseynovanın sözlərinə görə, Aygünü tanıyandan sonra onunla yaxın münasibəti olub: “Bu münasibətlərdən sonra külli miqdarda pulumu ələ keçirib. Aygün Akimovanın vasitəsi ilə 170 minə ev almişam. Bu ev mənim başıma bəla oldu. Sonradan həmin evdə qorxaraq yaşayırdım. Deyirdi ki, bizi izləyirlər. Aygün qızının da, özünün də izlənildiyini, evin dinlənildiyini söyləyirdi.

Özünü MTN polkovniki kimi təqdim edirdi. Guya bu vəzifəli şəxsin arvadı idi, Azərbaycanın ən gənc polkovniki idi. Məni elə əmin etmişdilər ki, inanırdım. Hər anım qorxu içində idim. Mən bu deyilənlərin həqiqiliyini yoxlaya bilməzdim. Bir dəfə vəsiqəsinə baxmaq istədim. Dedi ki, dədəm də qəbirdən çıxsa, göstərə bilmərəm”.

Proses mayın 2-də davam edəcək. (teleqraf)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə