Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

MTN generallarından göstəriş: “Susun…”
MTN generallarından göstəriş: “Susun…”
18 Aprel 2017 / 17:21 / Baxış sayı: 486
Font1 Font2 Font3 Font4

Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarənin rəisi, general-mayor Natavan Mirvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam edib.

Bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesə yenə də jurnalistlər buraxılmayıb.

Məhkəmə iclasından sonra generalların vəkilləri jurnalistlərə açıqlama verməkdən imtina ediblər. Proses başlanandan vəkillər mətbuata açıqlama versələr də, son iki prosesdir danışmaq istəmirlər.

Generalların vəkillərinə susmaq göstərişi verdikləri ehtimal edilir. Bu səbəbdən onların hüquqlarını müdafiə edən vəkillər jurnalsitlərin suallarını cavablandırmaqdan imtina edirlər. (teleqraf)

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə