Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nazir: “İşğal altında olan ərazilərimizdə qanunsuz qazıntılar aparanlar qara siyahıya salınacaq”
Nazir: “İşğal altında olan ərazilərimizdə qanunsuz qazıntılar aparanlar qara siyahıya salınacaq”
18 Aprel 2017 / 17:58 / Baxış sayı: 306
Font1 Font2 Font3 Font4

“Bu yaxınlarda bizi olduqca narahat edən faktlar aşkarlanıb. Dağlıq Qarabağın işğal altında olan ərazilərində bizim tarixi abidələri guya yenidən təhlil etmək adı altında, qazıntılar aparmaqla, yalandan tarixi uydurma məqsədləri daşıyan işlər görülür”.

Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, bəzən digər ölkələrin alimləri də bu cür işlərə cəlb olunurlar. “Belə məsələlərdə Azərbaycanın mövqeyi prinsipialdır. İşğal altında olan ərazilərimizdə qanunsuz qazıntılar aparılacaqsa, bu işlər çərçivəsində hər hansı bir xarici şirkət iştirak edəcəksə, o, Azərbaycanda qara siyahıya daxil ediləcək və ölkəmizlə əməkdaşlığını tamamilə məhdudlaşdıracaq. Bu yaxınlarda Prezident İlham Əliyev, Xarici İşlər Nazirliyi müvafiq bəyənatlar verib. Biz də nazirlik olaraq YUNESKO, İSESKO səviyyəsində narahatlığımızı bildirmişik”- deyə, Ə.Qarayev əlavə edib. (“Report”)

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə