Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tramp ata ilə oğulu-FƏRQLƏNDİRƏ BİLMƏDİ
Tramp ata ilə oğulu-FƏRQLƏNDİRƏ BİLMƏDİ
18 Aprel 2017 / 19:41 / Baxış sayı: 1228
Font1 Font2 Font3 Font4
Amerikalı lider Klintonla Kim Çen Inın danışıqlar aparması haqqında bəyanat verib. “Bizimxeber” məlumat verir ki, haqqında söhbət açılan danışıqlar isə Kim Çen Inın atası ilə aparılıb. 
ABŞ prezidenti Donald Trampın bəyanatı isə onun Şimali Koreyada 2011-ci ildə lider dəyişikliyi olmasından xəbərsiz olduğunu diqqətə çatdırır. “Bizimxeber” bildirir ki, bu haqda Huffingtonpost nəşri yazıb.
– Bu adamla danışıqlar(KXDR lideri-red.) uzun müddətdir ki, davam edir. Bill  Klinton öz kitabında yazır ki, onların əldə etdikləri sülh danışıqları məhz məzhəkədən ibarət imiş. Baxın (KXDR ilə başlayan problem-red.) Obamanın hakimiyyətdə olduğu illərdə nə oldu. O hər kəsi aldatdı,-Tramp Fox News telekanalına müsahibə zamanı bildirib.
“Bizimxeber”in xəbərinə görə nəşr iddia edir ki, Kim Çen In 2011-ci ildə atası Kim Çen İrin vəfatından sonra hakimiyyətə gəldiyi halda 1993-2001-ci illərdə hakimiyyətdə olan Klintonla heç bir vəchlə danışıqlar apara bilməzdi. Bundan isə alınan nəticə Trampın sadəcə məsələdən  xəbərsiz olmasıdır.
Xatırladaq ki, ingilis dilində hər iki liderin adı çox oxşar səslənir- Kim Jong-un və Kim Jong-il.
Jalə
arxiv.bizimxeber.az 


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə