Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda 9 qadın narkotik satışına görə həbs edilib
Azərbaycanda 9 qadın narkotik satışına görə həbs edilib
19 Aprel 2017 / 11:06 / Baxış sayı: 470
Font1 Font2 Font3 Font4

2017-ci ilin 3 ayı ərzində ölkədə  narkotik  vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb olunan şəxslərin sayı açıqlanıb. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan lent.az-a verilən məlumata görə,  cari ilin 3 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 910 fakt aşkar edilib. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 328 kq 780,336 qr müxtəlif növ narkotik vasitələr müsadirə olunub.

Narkotik  vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə 639 nəfər cəlb edilib ki, onlardan 1-i 18 yaşadək,57-i 18-25 yaşadək, 87-i 26-29 yaşadək, 494-ü 30 yaşdan yuxarı,7-i fəhlə, 1-i qulluqçu və ya maddi məsul şəxs, 578-i işləməyənlər,630-u kişilər, 9-u qadınlar,7 nəfəri isə xarici ölkə vətəndaşları olub.

Onlardan da ümumilikdə 5 kq-dan artıq narkotik vasitə və psixotrop maddələr götürülüb. Əcnəbilərdən 1-i İran İslam Respublikası, 3-ü Gürcüstan, 3-ü isə Rusiya Federasiyası vətəndaşı olub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə