Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İşdən çıxarılan rəis qəzada öldü – YENİLƏNİB
İşdən çıxarılan rəis qəzada öldü – YENİLƏNİB
19 Aprel 2017 / 11:15 / Baxış sayı: 528
Font1 Font2 Font3 Font4
Bu gecə Göyçay rayonunda polis zabitinin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb.
Lent.az xəbər verir ki, rayonun Çayarxı kənd sakini, sərəncamda olan polis zabiti 1979-cu il təvəllüdlü Məmmədov Xəyal Xanlar oğlunun sürdüyü “Toyota Camry” markalı, 10 OS 016 dövlət nömrənişanlı avtomobil Ucar-Göyçay yolunun Xəlitli kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən qarşısına qəfil başqa maşın çıxıb.
 X.Məmmədov döngədən qəfil çıxan avtomobillə toqquşmamaq üçün maşını kənara çəkib və nəqliyyat vasitəsi idarəetmədən çıxaraq su kanalına düşüb. Sürücü hadisənin şokundan çıxa bilmədiyindən və qapılar kilidləndiyindən o, maşını tərk edə bilməyib və suda boğularaq ölüb.
Bildirilir ki, keçən ayadək Göyçay rayon Polis Şöbəsinin Pasport Qeydiyyat Şöbəsinin rəisi olan X.Məmmədov işində yol verdiyi nöqsanlara görə vəzifədən azad edilərək sərəncama götürülübmüş.

***

Göyçay rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

BakiPost.az APAya istinadən xəbər verir ki, hadisə ötən gecə saat 1:00 radələrində GöyçayUcaravtomobil yolunda qeydə alınıb. Rayonun Çayarxı kənd sakini, 1979-cu il təvəllüdlü Məmmədov Xəyal Xanlar oğlu özünə məxsus “Toyota Camry” markalı minik avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq su kanalına düşüb. Hadisə zamanı Xəyal Məmmədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, polis kapitanı Xəyal Məmmədov bir neçə il idi ki, Göyçay rayon Polis Şöbəsinin Pasport Qeydiyyat Şöbəsinin rəisi vəzifəsində çalışırdı və bir ay öncə işdən çıxarılmışdı.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə