Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Referendumda “Yox” deyən aparıcının evi gülləbaran edildi – FOTO
Referendumda “Yox” deyən aparıcının evi gülləbaran edildi – FOTO
19 Aprel 2017 / 13:05 / Baxış sayı: 320
Font1 Font2 Font3 Font4
Referendumdan əvvəl səsinin “Xeyr” olacağını açıqlayan, sonra isə işindən uzaqlaşdırılan Türkiyənin tanınmış aparıcısı İrfan Değirmencinin evi atəşə tutulub.
arxiv.bizimxeber.az İstipress-ə istinadən xəbər verir ki, siyasi fikirlərini aparıcı olduğu dövrdə qorxmadan açıqlayan İrfan Değirmenci işindən uzaqlaşdırıldıqdan sonra, referondumda “yox” deyənlərə qoşularaq təbliğat kampaniyalarında aktiv iştirak edib.
Bu gecə aparıcınını evi atəşə tutulub. Sosial şəbəkədən yaşadığı evin güllələrə tutulmuş şəkillərini paylaşan aparıcı polisin araşdırma apardığını bildirib.
İrfan Değirmenci güllələnmə ilə bağlı status paylaşıb: “Səhərə qarşı evim güllələndi. Sağ olsunlar, polislər araşdırma apardılar. Yaxşıyam. Narahat olmayın.”
İrfan Değirmenci İstanbuldakı evinə edilən silahlı basqınla bağlı Sözcü.com.tr- yə açıqlama verib: “Hücum gecə saat 02:30-da oldu. Həmin vaxt mən yatırdım. Atəş səslərinə oyandım. Polisə zəng vurdum. Araşdırmalardan sonra təsadüfi güllə ola biləcəyini dedilər. İnşaallah ki, doğrudan da təsadüfi güllələnmədir.”  O bildirib ki, bu hücumdan sonra heç bir planını pozmayıb. Hazırda kitabının təqdimatlı ilə bağlı Ankara şəhərinə yola düşür.
 

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə