Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İki nazirlik üz-üzə – 50 min manatlıq açıqlama qalmaqal yaratdı
İki nazirlik üz-üzə – 50 min manatlıq açıqlama qalmaqal yaratdı
19 Aprel 2017 / 13:11 / Baxış sayı: 1982
Font1 Font2 Font3 Font4

Bakıda keçirilən Ticarət festivalı çərçivəsində (Baku Shopping Festival) alıcılara qaytarılan ƏDV-nin miqdarının açıqlanması iki nazirliyi çətin vəziyyətdə qoyub.

BakiPost.az xəbər verir ki, söhbət Mədəniyyət və Turizm Nazirliyi ilə Vergilər Nazirliyindən gedir. Belə ki, nazirliklərin 1 gün fərqlə açıqladığı rəqəmlər arasında ciddi fərq olduğu məlum olub.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dünən jurnalistlərə açıqlamasında Vergilər Nazirliyinin festivalın başladığı gündən indiyə qədər alıcılara 350 min manatdan çox vəsaiti geri qaytardığını bildirmişdi.

Vergilər nazirinin müavini İlkin Vəliyev isə bu gün mətbuata açıqlamasında nazirin açıqladığı rəqəmi təkzib edib. O bildirib ki, Baku Shopping Festival çərçivəsində indiyədək alıcılara 300 min manatdan artıq ƏDV qaytarılıb.

Onun sözlərinə görə, bu vəsaitin 95%-i Azərbaycan vətəndaşlarına ödənilib.

Beləliklə, nazirliklərin açıqladığı rəqəmlər arasındakı fərq 50 min manat təşkil edir.

arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə