Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ATV-yə Mustafa Çelikin gətirilməsi təsdiqləndi – RƏSMİ
ATV-yə Mustafa Çelikin gətirilməsi təsdiqləndi – RƏSMİ
19 Aprel 2017 / 13:35 / Baxış sayı: 1992
Font1 Font2 Font3 Font4

 “Azad Azərbaycan” telekanalında kütləvi ixtisarların başlanması və telekanal prezidenti Vüqar Qaradağlının Türkiyədən cəlb olunmuş Mustafa adlı şəxslə əvəzlənməsi  haqda xəbər yayılıb.

İstiPress xəbər verir ki, bu haqda geniş məqaləni “BizimXeber” saytı dərc edib. Xəbərdə deyilir ki, rəhbərliyin dəyişilməsinə hazırlıq getməsi ilə yanaşı, işçilər də əmək haqqlarını ala bilmir.

Eyni zamanda vergilərlə kanalın başının dərddə olması bildirilir.

Məsələ ilə əlaqədar İstiPress ATV-nin İctimai-siyasi məsələlər və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Turan İbrahimov ilə əlaqə saxlayıb. O, Mustafa Çelik adlı şəxsin ATV-də işə başlamasını təsdiq etdi:

“Mustafa Çelik adlı şəxs ATV-də texniki məsələlər üzrə məsləhətçi qismində əməkdaşlığa cəlb olunub. ATV-nin bir neçə beynəlxalq layihəsi var idi. O da həmin layihələr çərçivəsində Türkiyədən gələn peşəkarlardan biri idi. Bilirsiniz ki, Azərbaycanda televiziya sahəsində ciddi kadr çatışmazlığı var. Şöhbət müasir kadrlardan gedir.

Bu səbəbdən Mustafa Çelik Türkiyədən dəvət olunmuş bir mütəxəssisdir. Onun kanalın idarəçiliyinə aiddiyyatı yoxdur. Kanalın rəhbəri Vüqar Qaradağlı ATV-nin prezidentidir.

Mustafa Çelik də birbaşa Vüqar Qaradağlının iradəsi və razılığı ilə telekanalda texniki məsələlərə uyğunlaşma və nəzarət işlərinə baxır”.

Departament rəhbəri eyni zamanda kanalda heç bir kütləvi ixtisarların olmadığını da əlavə etdi:

“ATV yeganə kanaldır ki, maliyyə baxımından vəziyyəti çox yaxşıdır. Bu da heç kəsə sirr deyil. Əmək haqqları da ödənilir. Heç vergilərlə də problemimiz yoxdur. İxtisarlara gəlincə isə iqtisadi məsələlər gündəmə gəlir. ATV-də isə heç vaxt kütləvi ixtisarlar olmayıb.

Eyni zamanda ATV HD yayımın həyata keçməsi ilə də məşğuldur. Bunun üçün xaricdən çoxsaylı avadanlıqlar gətirilib. Bu avadanlıqların işlədilməsi üçün peşəkarlar cəlb edilir. Onlara nəzarət də birbaşa Vüqar Qaradağlı həyata keçirir. Cəlb olunmuş işçinin hər hansı işçini işdən çıxartması isə absurd bir fikirdir. ATV-dən yalnız işinin öhdəsindən gəlməyənlər gedir. Bu da normaldır”.

P.S

ATV-nin İctimai-siyasi məsələlər və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Turan İbrahimovun kanalda işçilərin əmək haqqlarının ödənilməsi ilə bağlı iddiasına arxiv.bizimxeber.az olaraq bildiririk ki, bu tamamilə absurd açıqlamadır. İşçilər mart ayının əmək haqqlarını hələ də almayıblar. Həmçinin əlavə edirik ki, Turan İbrahimov işçilərə yazılan rəsmi əmək haqqı ilə aldıqları faktiki əmək haqqı arasındakı fərqi araşdırsın. 400 manat rəsmi əmək haqqı necə 200 manata çevrilir?

arxiv.bizimxeber.az yaxın günlərdə geniş araşdırmanı oxuculara təqdim edəcək.

arxiv.bizimxeber.az

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə