Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qənirə Paşayevanın müraciətinə Moskvadan cavab gəldi
Qənirə Paşayevanın müraciətinə Moskvadan cavab gəldi
19 Aprel 2017 / 14:29 / Baxış sayı: 452
Font1 Font2 Font3 Font4

Azərbaycan Premyer Liqasına vəsiqəni təmin edən “Turan Tovuz” sponsor axtarışına çıxıb. 

arxiv.bizimxeber.az lent.az-a istinadən xəbər verir ki, bir çox tovuzlu ziyalılar kluba kömək etmək üçün imkanlı həmyerlilərinə müraciət etmək istəyirlər.

Hətta əslən Tovuzdan olan millət vəkili Qənirə Paşayeva belə “Turan Tovuz” üçün həyəcan təbili çalsa da, indiyədək heç kim bu məsuliyyətin altına girmək istəmir. Amma, deyəsən, işıq ucu görünməyə başlayıb. Moskvadakı mənbələrdən verilən məlumata görə, Rusiya paytaxtının ən böyük meyvə-tərəvəz bazası sayılan “Fud-Sity” “Turan Tovuz”a sponsorluq edə bilər.

Bildirilir ki, əslən Tovuzdan olan İlham Rəhimovun da pay sahibi olduğu bu bazanı əslən Qubadan olan milyonçular Qod Nisanov və Zarah İliyev idarə edir. Mənbənin dediyinə görə, İlham Rəhimov ona edilən müraciətlərdən sonra doğma rayonunun klubuna dəstək vermək qərarına gəlib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə