Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Poroşenko: “Rusiyaya qarşı sanksiyalar olmasaydı…”
Poroşenko: “Rusiyaya qarşı sanksiyalar olmasaydı…”
19 Aprel 2017 / 15:16 / Baxış sayı: 260
Font1 Font2 Font3 Font4

“Rusiya bu gün minlərlə vədi pozur. Mən bir çox dəfə Putinlə görüşmüşəm və onunla vədlərin sonsuz miqdarını müzakirə etmişəm”.

Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bunu “Chatham House” Kral Beynəlxalq Münasibətlər İnstitutunda çıxışında Ukrayna prezidenti Pyotr Poroşenko deyib.

“Amma ortada heç nə yoxdur. Atəşin dayandırılması, ağır silahların təmas xəttindən aparılması, girovların qaytarılması və beynəlxalq humanitar təşkilatların girişi (Donbasın separatçıların nəzarətində olan əraziyə -red.) yoxdur. Bütün bunların günahkarı yalnız Rusiyadır”, – Poroşenko söyləyib.

Poroşenko həmçinin Rusiyaya qarşı sanksiyaların saxlanılmasının əhəmiyyətini vurğuladı:

“Rusiyaya qarşı sanksiyalar qalmalıdır. Kim deyir ki, sanksiyalar lazım deyil, inanmayın. Bu, danışıqlar stolu arxasında Rusiyanı saxlamaq üçün tək mexanizmdir. Biz özümüz ərazi bütövlüyümüz üçün mübarizə aparırıq, hətta öz silahımızla. Əgər sanksiyalar olmasaydı, Ukraynada rus tankları daha çox olardı. Üç il ərzində biz heç bir silah almadıq. Amma Britaniya, Kanada, Amerika və Avropa əsgərləri ilə fantastik təlimlər keçirildi. Bu, unikal təcrübə idi”.

Poroşenkonun sözlərinə görə, Rusiya sülhün təmin olunmasında maraqlı deyil:

“Rusiya Ukrayna sərhədi vasitəsilə öz qoşunlarını göndərməyə davam edir. Krımı özündə saxlayırlar və dünyanın tələblərinə laqeyddir. Bizdə yalnız bir səbəbdən sülh yoxdur, ruslar sülhdə maraqlı deyillər. Onlar daimi nəzarətdə maraqlıdırlar”.

Dövlət başçısı “Normandiya format”nda (Almaniya, Fransa, Rusiya və Ukrayna –red.) keçirilən son danışıqlardan danışıb:

“Bu, Moskvanın boş vədlərinin başqa söhbəti idi. Bu, onların niyyətlərinin bir daha nümayişi idi: Əgər siz istədiyinizi almaq istəyirsinizsə, yalnız bizim şərtlərimizlə ala bilərsiniz. Heç bir güzəşt yoxdur. Yalnız gücün hüququdur. Biz belə şərtlərdə sülhə nail ola bilmirik”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə