Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əli Kərimli Baş Prokurorluğa çağırıldı
Əli Kərimli Baş Prokurorluğa çağırıldı
19 Aprel 2017 / 15:45 / Baxış sayı: 336
Font1 Font2 Font3 Font4

AXCP sədri Əli Kərimli Baş Prokurorluğa dəvət edilib. 

arxiv.bizimxeber.az xəbər verir ki, bu barədə partiyanın üzvləri sosial şəbəkədə məlumat yayıblar. Qeyd edilib ki, Əli Kərimli rəsmi çağırışla həftənin 5-ci günü, saat 10:30-da prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb.

***

AXCP sədri Əli Kərimli Baş Prokurorluğa çağırılması ilə bağlı açıqlama yayıb. O bildirib ki, rəsmi bildirişdə çağırışın səbəbi kimi partiya üzvü olmayan şəxslərə saxta üzvlük vəsiqəsi verilməsi məsələsi göstərilib: “Bir daha və tam məsuliyyətlə bildirirəm ki, AXCP rəhbərliyi tərəfindən partiyanın həqiqətən üzvü olmayan bircə nəfərə də üzvlük sənədləri verilməyib. Tam əksinə, bizim əvəzimizə sənədlər, o cümlədən mənim imzamı saxtalaşdıraraq sənədlər verilib və partiyamızın fəalları bu saxtakarlığı ifşa edərək, həqiqi və saxta sənədlərin nümunələrini mətbuat və sosail şəbəkələrdə geniş yayıblar. Mənim müavinim Gözəl Bayramlını və AXCP Təşkilat Şöbəsinin müdüri Saqif Qurbanovu da həmin iş üzrə prokurorluğa çağırıblar”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə