Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Aprel şəhidi”nin atası oğul itkisinə dözə bilmədi – FOTO
“Aprel şəhidi”nin atası oğul itkisinə dözə bilmədi – FOTO
19 Aprel 2017 / 16:57 / Baxış sayı: 1330
Font1 Font2 Font3 Font4

Ötən ilin aprelində övladının tabutu bükülmüş bayrağı öpən ata dünən axşam vəfat edib. “Aprel döyüşləri”ndə şəhid olmuş gizir Bəxtiyar Hüseynovun atası Rafael Hüseynov Goranboy rayonunun Qızılhacılı kəndində yaşadığı evdə dünyasını dəyişib.

Mərhumun həmkəndliləri deyiblər ki, şəhid atası oğlunun ilindən bir neçə gün qabaq onun məzarı üstünə gedibmiş. Qayıdanda yolda yıxılıb. Rafael kişinin iflic olduğu deyilir. O, oğlunun ili çıxandan 9 gün sonra vəfat edib.

Şəhid gizir Bəxtiyar Hüseynov 1995-ci ilin 14 iyul tarixində Goranboy rayonunun Qızılhacılı kəndində anadan olub. 2016-cı il aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Aprelin 9-da doğulduğu Goranboy rayonunun Qızılhacılı kəndində dəfn edilib.

Şəhid Bəxtiyar Hüseynov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə