Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanlıların Həccə xərclədiyi FANTASTİK MƏBLƏĞ
Azərbaycanlıların Həccə xərclədiyi FANTASTİK MƏBLƏĞ
19 Aprel 2017 / 17:48 / Baxış sayı: 624
Font1 Font2 Font3 Font4

Xəbər verdiyimiz kimi, bu il Həcc ziyarətinə getmək üçün ayrılan 600 nəfərlik kvota tam dolub. Bu il ziyarət üçün vahid qiymət  3850 dollar müəyyənləşdirilib. 

arxiv.bizimxeber.az xəbər verir ki, qafqazinfo bu məqamda 600 nəfərin Həcc ziyarətinə ümumilikdə ödədiyi məbləği araşdırıb. Bu günün məzənnəsinə uyğun olaraq, 1nəfərin Həcc ziyarəti xərci 6553 manatdır. 600 nəfər üçün isə bu rəqəm birlikdə 3 milyon 931 min manat vəsait təşkil edir.

Bu arada qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarətindən əldə etdiyi gəlirlərin miqdarını ictimaiyyətə açıqlamır. Bu səbəbdən 4 milyona yaxın vəsaitin neçə faizinin QMİ-nin gəlirləri hesab olunduğunu müəyyən etmək mümkün deyil.

Bu arada bildirək ki, Azərbaycandan bu ildən etibarən ikinci dəfə Həccə gedənlər üçün əlavə ödəniş nəzərdə tutulmayıb.

QMİ-nin məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev “Qafqazinfo”ya bildirib ki, kvota tam dolsa da, əlavə getmək istəyənlər ehtiyat kimi yığılır: “Bu məsələyə may ayında baxılacaq. Əgər Səudiyyə Ərəbistanı kvotadan artıq  şəxslərin ziyarətə getməsinə şərait yaradarsa, bu, reallaşa bilər”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə