Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Putini təhqir edən məşhur teleaparıcı işdən qovuldu
Putini təhqir edən məşhur teleaparıcı işdən qovuldu
20 Aprel 2017 / 10:15 / Baxış sayı: 220
Font1 Font2 Font3 Font4

“Fox News” telekanalı ulduz aparıcı və siyasi şərhçi Bill O’Reylini işdən çıxarıb.

APA-nın məlumatına görə, bundan əvvəl “Fox” telekanalı bir neçə qadının aparıcıya qarşı qaldırdığı seksual hərəkətlərlə bağlı iddiaların geri çəkilməsi üçün 13 milyon dollar ödəyib. Onun apardığı proqramların sponsorları reklam yerləşdirilməsi barədə müqavilələri birtərəfli qaydada pozmağa başlamışdılar.

Bu ilin fevralında Bill O’Reyli ABŞ prezidenti Donald Trampla müsahibədə Qərbin Moskvaya qarşı ittihamlarını xatırlatmış və Rusiya prezidenti Vladimir Putini “qatil” adlandırmışdı. Bu ifadə rəsmi Moskva tərəfindən etirazla qarşılanmışdı. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov telekanaldan üzrxahlıq tələb etmişdi.

Bill O’Reyli 1996-cı ildən öz verilişini aparırdı və telekanalın siması sayılırdı. Onun 10 illik aparıcılıq karyerasından sonra sərvəti on milyonlarla dollar qiymətləndirilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə