Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Obamanın qızına eşq elan edən 30 yaşlı şəxs həbs olundu
Obamanın qızına eşq elan edən 30 yaşlı şəxs həbs olundu
20 Aprel 2017 / 10:55 / Baxış sayı: 188
Font1 Font2 Font3 Font4
“The Mirror” yazır ki, keçmiş prezident Barack Obama-nın qızı Malia-nı qarabaqara izlədiyi deyilən gənc, qızın işlədiyi ofisdə həbs edilib.
“Ağ Ev stalkeri” kimi tanınan Jair Nilton Cardoso 18 yaşlı Malianın stajçı kimi işlədiyi Manhattan şirkətlərindən birinə keçmiş prezident qızına evlənmək təklif etmək üçün gəlibmiş.
Polis onu pleyerində ucadan musiqi çaldırmaqda və … prezident qızına evlənmək təklif etməkdə ittiham edib.
Həbs olunmuş şəxsi Malia-nın xüsusi xidmətlərdən olan iki cangüdəni müşayiət edib.
New York Daily News qəzetinin verdiyi xəbərə görə, 30 yaşlı Cordoso həbsindən iki gün əvvəl Malia-nın dalınca düşübmüş.
Məqələdə deyilir ki, Malia-nın cangüdənləri Cordoso-nu dərhal tanıyıblar, çünki o hələ Obamaların Ağ Evdə yaşadığı vaxtlarda Amerikanın bir nömrəli ofisinin həndəvərində dolaşırmış.
Bu da xəbər verilir ki, xüsus xidmət xəfiyyələri tərəfindən Malia-nın iş yerində həbs olunan Cordoso psixiatrik qiymətləndirmə üçün ruhi klinikaya aparılıb.
Xəfiyyələr ona qarşı rəsmi ittiham irəli sürüb-sürməmək barədə hələlik qərara gəlməyiblər.
Obamalar ailəsinə gəlincə isə, onlar Ağ Evi tərk etdikdən sonra Washington-nun dəbdəbəli Kalorama məhəlləsində yerləşən 6 milyon dollarlıq evə köçüblər.
Deyilənlərə görə, 9 yataq otağı olan bu böyük ev, Bill Clinton-un prezidentliyi dövründə Ağ Evin mətbuat katibi olmuş Joe Lockhart-a və onun xanımı Giovanna Gray Lockhart-a məxsus olub. (musavat.com)
arxiv.bizimxeber.az

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə