Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Beynəlxalq Avtovağzalı Prezident Administrasiyası nəzarətə götürdü
Beynəlxalq Avtovağzalı Prezident Administrasiyası nəzarətə götürdü
20 Aprel 2017 / 11:47 / Baxış sayı: 738
Font1 Font2 Font3 Font4

Keçmiş Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) nəzarətində olan Bakı Beynəlxalq Avtovağzalı Azərbaycan Prezidentinin İşlər idarəsinə tabe edilib.

Bu barədə İstiPress-ə DANX-dakı mənbə bildirib. Məlumata görə, Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildikdən sonra DANX heç bir qurumun tabeçiliyində deyil.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən də bildirildi ki, Avtomobil Nəqliyyatı Xidməti nazirliyin tabeçiliyində olan qurumlar arasında olmayıb.

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov vəzifəsindən azad edildikdən sonra, prezident İlham Əliyevin 13 fevral tarixli Fərmanı ilə Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilib.

Məlumat üçün bildirək ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyət istiqamətləri aşağıdakılardır:

avtomobil nəqliyyatı sahəsində dövlət siyasətinin işlənib hazırlanmasında və bu sahədə normativ hüquqi tənzimləmənin həyata keçirilməsində iştirak edir;

avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının inkişafı sahəsində tədbirlər görür;

beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı subyektləri tərəfindən beynəlxalq norma və qaydalara, habelə Azərbaycan Respublikasının normativ hüquqi aktlarına riayət olunmasına nəzarət edir;

avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkilini və bu sahədə dövlət sifarişinin formalaşdırılmasını təmin edir;

avtomobil nəqliyyatı ilə daşımaların vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş qaydada tədbirlər görür;

qanunvericilikdə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə