Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ruhani seldən əziyyət çəkən azərbaycanlılara baş çəkib
Ruhani seldən əziyyət çəkən azərbaycanlılara baş çəkib
20 Aprel 2017 / 12:38 / Baxış sayı: 222
Font1 Font2 Font3 Font4

Prezident söz verib

İran Prezidenti Həsən Ruhani Şərqi Azərbaycan vilayətinə səfər edərək təbii fəlakət zonasında olub.

AzərTac-ın məlumatına görə, bölgənin rəhbərləri ilə və vətəndaşlarla görüşən Həsən Ruhani bildirib ki, seldən ziyan çəkən bütün insanlara yardım göstəriləcək. Prezident dağılmış yolların, körpülərin və evlərin bərpası istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçiriləcəyinə söz verib.

Xatırladaq ki, aprelin 17-də yağan aramsız yağışlar nəticəsində Şərqi və Qərbi Azərbaycan vilayətlərində güclü sel daşqınları olub. Yerli əhaliyə külli miqdarda ziyan dəyib, 49 nəfər həlak olub. Təbii fəlakət zamanı itkin düşənlərin axtarışı davam edir.

Şərqi Azərbaycan vilayətindəki Çinar kəndi ən çox zərər dəymiş kənd olub. Bu kənd tamamilə suyun altında qalıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə